Azərbaycanda 556 nəfər  bir gündə evləndi - 06.06.2026-ın SİRRİ
08 iyun 2026 16:38 (UTC +04:00)

Azərbaycanda 556 nəfər bir gündə evləndi - 06.06.2026-ın SİRRİ

0

Hər il ayın, günün və ilin təkrarlanan rəqəmlərində nikaha daxil olmaq istəyən insanların sayı xüsusən artır.

Bir çox cütlük məhz evlənəcəkləri günün həmin tarixə düşməsi üçün aylar öncədən nikah mərasimi təyin edirlər.

İnanclara görə xüsusi təkrarlanan tarixlərdə evlənən cütlüklər daha xoşbəxt olurlar. 

Bəs görəsən, bu il 06.06.2026-cı ildə Azərbaycanda neçə cütlük nikaha daxil olub?

Ədliyyə Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeydiyyat orqanları tərəfindən 06.06.2026-cı ildə 556 nikahın bağlanması dövlət qeydiyyatına alınıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1189

Oxşar yazılar