37 ildir  ziyarət edirdi: atasının məzarından başqasının qalıqları  çıxdı
13 iyun 2026 20:00 (UTC +04:00)

37 ildir ziyarət edirdi: atasının məzarından başqasının qalıqları çıxdı

0

ABŞ sakini Mark Uells dəhşətli həqiqətlə üzləşib. O, təsadüf nəticəsində öyrənib ki, 37 il ərzində atasının deyil, tamamilə yad bir kişinin məzarını ziyarət edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, amerikalının sözlərinə görə, atası Deyl Ueyn Uells 1985-ci ilin fevralında işdən evə qayıdarkən itkin düşüb. Səkkiz ay sonra isə onun evindən təxminən altı kilometr aralıda insan qalıqları aşkarlanıb.

Tapılan qalıqlar vəhşi heyvanlar tərəfindən ciddi şəkildə zədələnmişdi. Hadisə yerinin yaxınlığında üç giliz də aşkar edilmişdi. Həmin vaxt hələ uşaq olan Marka atasının ov zamanı baş vermiş bədbəxt hadisə nəticəsində öldüyü bildirilib.

İllər sonra ona həqiqətin gizlədildiyini öyrənən Mark atasının taleyini araşdırmağa qərar verib. O, 2019-cu ildə qalıqların məzardan çıxarılmasına nail olub ki, DNT ekspertizası aparılsın. Yalnız 2022-ci ildə açıqlanan nəticələr isə onu sarsıdıb. Məlum olub ki, atasının məzarında dəfn edilən şəxsin Uells ailəsi ilə heç bir qohumluq əlaqəsi yoxdur.

Hazırda polis işi yenidən araşdırır. Hüquq-mühafizə orqanları həm məzarda dəfn olunan naməlum kişinin şəxsiyyətini müəyyənləşdirməyə, həm də əsl Deyl Ueyn Uellsin izinə düşməyə çalışırlar.

Mark 1985-ci ildə qalıqları kifayət qədər əsas olmadan atasına aid edən məhkəmə-tibbi ekspertinin səhlənkarlığına görə qəzəbli olduğunu bildirib.

Qeyd edək ki, Markın öz şəxsi araşdırmasına başlamasından dörd il keçməsinə baxmayaraq, o, atasının başına nə gəldiyini hələ də öyrənə bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar