“Baltalı qadın”, yaxud bədəni gipsə bürünən qızın çin çıxan “Kadillak” arzusu - HEKAYƏT
Linda Vaçner(Linda Joy Wachner) bütün gənc qızların arzuladığı hər şeyə sahib oldu. O, gənc ikən xəyalında canlandırdıqlarını həyata keçirməyə nail ola bildi. Onun uğurlarının arxasında çox güclü enerji, möhkəm iradə və “A” kateqoriyalı işçi etikası dayanır. Linda Vaçner heç nəyə fikir vermədən yalnız irəliyə doğru addımlayırdı. İndi isə o, kişilərin çoxluq təşkil etdiyi bir sahədə nüfuzlu korporasiya rəhbəridir!
Dünyanın ən böyük və nüfuzlu beş yüz kampaniyasına nəzər salsaq onların sahibi olan çox az qadın görə bilərik. Linda Vaçner məhz gələnəksəl olaraq kişilərin meydanı sayılan biznesdə qadının nələrə qadir olduğunu nümayiş etdirdi! O, bunu öz qətiyyətliliyi, israrlılığı, məqsədyönlülüyü və tükənməz enerjisi sayəsində bacara bildi.
Hər şey Linda 11 yaşında gipsə düşdüyü vaxtdan başladı… Həmin vaxt Linda özünə söz verdi ki, nə vaxtsa şəxsi kampaniyasını yaradacaq. O, nəinki öz arzusunu həyata keçirdi, hətta ondan artığına nail oldu, belə ki, rəhbərlik etdiyi “Warnaco” indi Amerikanın ən nəhəng şirkətlərindəndir!
Xanım Vaçner uğura qıraqdan çox da önəmli görünməyən kiçik bir yardım sayəsində nail olmuşdur. Onun arzusu vardı və o yorulmadan işləyir, arzusunu həyata keçirməyə can atırdı. Linda çoxlarından cəsarətli idi və qarşısına çıxan adamların çoxu iflasa uğramasının səbəbini anlamırdı. O, məqsədə doğru ildırım sürəti ilə gedirdi. Bu enerjili qadın öz işini məvacib-qiymət, vergi-gəlir, səhm-qazanc nisbəti üzərində qururdu. – Vaçner şöhrəti bu möcüzəli barometri ilə ölçürdü, onunla işləyənlər də bunu yaxşı bilirdilər.
“Fortune” jurnalının 15 yanvar 1992-ci il tarixli sayında Linda artıq “Amerikanın ən çox uğur qazanmış iş qadını” adlandırıldı! Ümumilikdə, 1991-ci ildə Linda Vaçnerin gəliri təqribən iyirmi üç milyon dollar təşkil edirdi. Bu mükəmməl rəhbər ciddi rəqabət şərtləri altında kampaniyaya başçılıq etməyi, onun işini kökündən dəyişdirməyi və alıcı bazarını cəlb etməyi bacaran ilk qadın oldu! “Warnaco”nun başçısı kimi, Vaçner kampaniyanın borclarını ödədi və səhmlərini 75%-ə qədər artırdı. O, qənaətlə yığdığı 10 milyon dolları dövriyyəyə buraxdı və 1993-cü ildə həmin məbləğ yetmiş iki milyon dollara qədər artdı. 40 il ərzində kiçik ticarətdən bu sahədə karyeranın zirvəsinə qədər yüksələn Vaçneri, haqlı olaraq yaradıcı zəka hesab edirlər!
***
Linda Coy Vaçner 3 fevral 1946-cı ildə Nyu-Yorkda, Forest Hilzdə (valideynlərinin yaşlı vaxtında) dünyaya gəlmişdir. Atası German Nyu-Yorkda xəz ticarəti ilə məşğul olurdu, anası Şirli isə evdar qadın idi. Linda ailənin ikinci övladı idi. Bacısı ondan 18 yaş böyük olduğundan ailənin bütün diqqəti ona yönəlmişdi. Lindanın ata-anası çox mehriban və qayğıkeş idilər. O, sonralar xatirələrində ata-anasının onunla çox erkən yaşlarından böyük kimi rəftar etdiklərini deyirdi. Milliyyətcə yəhudi olan valideynləri onda çox dəyərli bir xüsusiyyət – özünəsayğı tərbiyə etmişdilər. Ailənin tək azyaşlısı olduğu üçün Linda vaxtını böyüklərin əhatəsində ya da tənhalıqda keçirirdi. Nəticədə o, müstəqil yaşamağı bacaran, heç kimin mənəvi dəstəyinə ehtiyacı olmayan bir şəxsiyyətə çevrildi. Ata-anası tez-tez onun nə qədər mükəmməl olduğunu, heç bir zaman səhv edə bilməyəcəyini deməklə, Lindaya özünəsayğı hissini təlqin edirdilər.
Lindanın on bir yaşı olanda sinif yoldaşlarından biri oturacağı onun altından çəkmişdi. Bu hadisə onun bütün həyatını dəyişdi. Özü bu barədə belə deyir: “Həmin bədbəxt hadisə nəticəsində onurğa sütunumda əməliyyat aparıldı və mən on üç yaşıma qədər gipsdə qalmalı oldum”. Xəstəxanadan çıxdıqdan sonra Linda daha iki il hərəkətsiz qaldı. O, həmin günləri belə xatırlayırdı: “Mən özümü çox tənha hiss edirdim, gələcəyi görəcəyimə əmin olmadan yalnız gələcək barədə düşünürdüm. Sonralar bəzən çox yorulanda hələ də üzərimdə həmin ağırlığı hiss edirdim.”
Vaçner uşaqlıqdan çalışqanlığı ilə seçilirdi. O, məqsədinə çatmaq üçün amansız gerçəkliyin tələb etdiyi hər şeyi edirdi. Beləcə o, irəliyə doğru addımlayırdı. Linda 16 yaşında orta məktəbi bitirdi və Bufalo Dövlət Kollecinə daxil oldu. İş administrasiyası sahəsi üzrə ixtisaslaşdı. İşləməyə həvəs Vaçnerdə hələ təhsil aldığı illərdə yaranmışdı, oxuduğu zamanlar o, tətildə Nyu-York univermağında işləyirdi. Təhsildən daha çox ictimai işlərdə fəallıq nümayiş etdirən Vaçner, həmçinin, dekan ofisində işləyir, imtahanlara nəzarət edirdi. Tennis oynamağı, xizəkdə sürüşməyi çox sevirdi.
Linda 1966-cı ildə, 20 yaşında olarkən kolleci bakalavr dərəcəsi ilə bitirdi və tikiş sənayesinə aid məhsulları pərakəndə satmaqla kariyerasını qurmağa başladı. Amma bu, hələ az idi: “öz sahəsi”ndə kariyera qurmaq kifayət deyildi. Linda uşaqlıq arzusunu – öz şəxsi şirkətini qurmaq istəyini həyata keçirmək üçün əlindən gələni edirdi.
Vaçner bütün yaradıcı insanlar kimi hər şeyi “sıfır”dan başladı. Onu Nyu-York ticarət şirkətinə həftədə 90 dollar müqabilində alıcı assistenti kimi götürdülər. – Lindanın ilk “vəzifə”si, menecment dili ilə, bazarın öyrənilməsi üzrə nümayəndə olsa da, əslində o, buyruqları yerinə yetirən sıravi işçi idi. Lindaya həvalə edilən ilk tapşırıq univermağın bir mərtəbəsinin daimi alıcılarının müəyyənləşdirilməsi olmuşdu. Bu, onun heç zaman unutmayacağı qiymətli bir təcrübə oldu, çünki iş əsnasında Linda alış-verişin əsas məqamlarını seyr edirdi. İlk işində Linda alıcı sorğusunun iş üsulunu mənimsədi və hansı məhsulun hansı şəraitdə yaxşı satıldığını müəyyənləşdirməyi öyrəndi.
1967-ci ildə Hyuston Foley univermağının açılışında iştirak etmək və orada alıcı assistenti olmaq üçün Vaçner böyük bir məsafə qət etməli oldu. O yenə də vaxtının çoxunu univermağı öyrənməyə və alıcıların ehtiyaclarını müəyyən etməyə sərf etdi. İlyarım vaxt ərzində istifadəçi sorğusu üzrə ekspert kimi təcrübələrini təkmilləşdirdi. 1969-cu ildə “Macys” şirkəti Vaçneri alt paltarları satıcısı kimi işə götürdüyü üçün o, yenə də Nyu-Yorka qayıtdı. Artıq öz sahəsində Linda Vaçnerin – həyatı təkərlər üstündə keçən gənc xanımın adı hallanmağa başlamışdı, belə ki, o, yeni tapşırıqları tərəddüdsüz alır və heç bir işi yerinə yetirməkdən çəkinmirdi. O, hər işi öz məqsədinə gedən yolun qaçılmaz mərhələləri kimi qəbul edir, onu hədəfindən ayıran (və yaxınlaşdıran!) Zaman və Məsafədən qorxmurdu... Vaçner özünün ilk məqsədlərindən birinə 22 yaşında çatdı: o, Manhettenin 34-cü küçəsində yerləşən “Macys” univermağının topdansatış üzrə ən gənc əməkdaşı oldu. 1969-cu ildən 1974-cü ilə qədərki beş il ərzində Vaçner “Macys” univermağının geyim əşyaları üzrə eksperti kimi çalışdı.
“Macys”dakı işi ilə bağlı Mayamidən Nyu-Yorka uçan Linda, gələcək həyat yoldaşı Seymur Appelbaumla tanış olur. Bu tanışlıq onların ailə həyatı qurmasına gətirib çıxarır. Appelbaum Vaçnerin həyat bələdçisi olur. O, indiyə qədər həyat yoldaşını çox böyük ehtiramla xatırlayır: “Həyat yoldaşım ilk şəxs idi ki, qarşıya qoyduğum bütün məqsədlərə çatacağıma inanırdı. Mən bu barədə düşündüm və ona inanmaq qərarına gəldim.”
Appelbaum Vaçneri karyera qurmağa həvəsləndirirdi. 1974-cü ildə Vaçner “Warnaco” şirkətində işə girdi. O, qadının biznesdə rolu barədə təsəvvürləri alt-üst edərək, 1975-ci ildə şirkətin tarixində ilk qadın vitse-prezident oldu. Şirkətin prezidenti yeni vəzifəyə təyin etdiyi zaman: “Siz xidmətdə kifayət qədər irəlilədiniz. Bundan artığını gözləməyin!” demişdi. Prezident Vaçnerə eyhamla bildirdi ki, qadın rəhbər kimi o, bu vəzifədən yuxarı qalxa bilməyəcək. Lakin belə məhdudiyyət Linda üçün deyildi. On bir il sonra rəqabət nəticəsində şirkətin rəhbərinə çevrilən Linda “intiqam”ını alacaqdı...
Vaçner “Warnaco”da reklam şirkətinin müdiri Meri Uelslə tanış oldu. “Warner” firmasının hesablarını müstəqil şəkildə idarə edən Uels sadə makinaçılıqdan Medison-Avenyunun zirvəsinə qədər gəlmişdi. Məhz bu özəlliyinə görə o, Vaçnerə bənzəyirdi. Vaçner kimi o da açıq sözlü, sərt və inadkar idi. Biznes sahəsində Vaçnerin bələdçisi olan Uelsi o, həyatına düşən ilk işıq hesab edirdi: “O mənim gələcəyimə inananlardan idi”. Belə də oldu. Uels Linda Vaçneri “Max Factor” şirkətinin təsisçisi, “Norton Simon”un sədri Devid Mahouniyə təqdim etdi. 1979-cu ildə Mahouni 33 yaşlı Vaçnerə, “Max Factor” şirkətinin əsas ofisi – Los-Ancelesdə yerləşən Amerika bölməsinin prezidenti vəzifəsini təklif etdi. Çoxmilyonlu kapitala malik şirkətə rəhbərlik etmək üçün bu... çox gənc yaş idi. Üstəlik, Vaçnerin prezidentlik təcrübəsi də yox idi. Bununla belə, yeni vəzifə onun arzularının açarı oldu. Vaçnerin fikrincə, bu, onun biznes aləminə nüfuzlu şəxs kimi daxil olmasında həqiqi sıçrayış oldu. Vaçner deyirdi: “Mənə bir çox insan kömək etdi. Lakin Devid Mahouni məni “Max Factor” şirkətinin prezidenti təyin etdi, bu, böyük nailiyyət idi.”
“Max Factor” yürüşü
“Max Factor” şirkətinin ildə 16 milyon dollar kəsiri olurdu. Vaçner başladığı ilk iş ilində geriləməni dayandırdı, ikinci ildə isə itkini 5 milyon dollara qədər azaltdı! Növbəti iki ildə o, sözün əsl mənasında, qəhrəmanlıq göstərərək, durumu dəyişdi: Gündən-günə artan kəsir gündən-günə artan gəlirə çevrildi! Şirkət, “Max Factor”un 1984-cü ildə üç ödül alan “Le Jardin” yeni ətirini alıcılara təqdim etdi. Vaçner idarəetmə sistemində etdiyi dəyişikliklər və möhkəm xarakteri sayəsində uğur qazanmışdı. Şirkət heyətini köhnə işçilərdən kütləvi şəkildə təmizlədiyinə görə ona “Baltalı qadın” ləqəbi verilmişdi...
Məhz “Max Factor”da işlədiyi dövrdə Linda Vaçner menecment sahəsinə aid özünün “Bunu indi et!” prinsipini tətbiq etməyə başladı. Onun fikrincə, hər rəhbərin bir məktəbli kimi, problemləri və yeni imkanları qeyd edəcəyi gündəliyi olmalıdır. “Bunu indi et!” prinsipi şirkətin əsas şüarına çevrildi və bütün ofislərinin xatirə lövhələrinə yazıldı. “Max Factor”da işləyərkən o, sərt təlimatlar verən və hər bir şeyə ciddi nəzarət edən rəhbər kimi tanınırdı. Vaçner onun arxasınca nə deyəcəklərindən qorxmurdu. Bəziləri onu bacarıqlı hesab edir, digərləri gördükləri “ən pis menecer” adlandırırdı. Vaçnerin iş üslubunun qurbanlarından biri deyirdi: “Onun xarakteri ən sərt kişi rəhbərin xarakterinə bənzəyir”.
“Max Factor” şirkətindəki işi barədə Vaçner özü: “Şirkəti iflasdan qurtarmaq üçün onu kökündən dəyişmək istəyirsinizsə, sərt, lakin ədalətli olmalısınız” deyirdi. Vaçnerin iş üslubu – işə son dərəcə dəqiq ümumi nəzarətdən ibarətdir. Onu nəticə maraqlandırır. Əgər nəticə onu qane etmirsə, buna görə məsuliyyət daşıyan əməkdaş dərhal işdən azad olunmalıdır.
“Max Factor”dakı fəaliyyəti Vaçnerə kapital yığmaq, həyatının mənası olan şəxsi şirkətini yaratmaq üçün əməliyyatları öyrənmək işində təcrübə qazanmaq imkanı verdi. Vaçnerin qəlbində bəslədiyi arzu 1984-cü ildə həyata keçdi. O, şirkəti almaq üçün Nyu-Yorkdakı investisiya şirkətindən 280 milyon dollar götürməyə nail oldu. Buna etiraz edən Direktorlar Şurası satış qərarını ləğv etdi. Vaçner istefa verdi. O, səhmlərin nəzarət paketini əldə etmək üçün bu əməliyyatı müstəqil şəkildə həyata keçirməyi qərara aldı. Vaçner və daha iki investisiya şirkəti “Revlon” şirkətinin səhmləri üçün 905 milyon dollar təklif etdi. Sövdələşmənin baş tutmasına az qalmışdı ki, “Pantry Pride” şirkətinin rəhbəri Ronald Pelmen onları qabaqladı və “Revlon”u 1,8 milyard dollara satın aldı. Lakin Vaçner geri çəkilmək istəmirdi. O, “Drexel Burnum Lambert” bank investisiya şirkətini “Warnaco”nu almaqda ona kömək etməyə razı saldı. Beləcə o, şirkətin sadə satıcısından vitse-prezidentinə qədər yüksəldi. Vaçner 500 milyonu şirkətin borcunun ödənməsi hesabına başa gələn 550 milyon dollarlıq səhmə sahib oldu. –Bu – hərtərəfli düşünülmüş addım idi...
Belə ticarət hələ görünməmişdi – ilk dəfə idi ki, “Fortune” jurnalının reytinqinə görə 500 nəhəng şirkətdən birinin nəzarət paketinin sahibi qadın idi. Vaçner riskli bir işə başlamışdı: gələcəkdə hərəsi 4,66 dollar dəyərində daha 1,3 milyon səhmin alınmasını nəzərdə tutan razılaşma ilə birlikdə şirkətin 770 min səhmini almaq üçün bütün sərvətini – 10 milyon dollarını ortaya qoymuşdu. “Mən malik olduğum hər şeylə risk etdim. Çünki o şirkəti almalı idim. Mən bütün pullarımı konveyerə qoydum” – Linda “Ms” jurnalına müsahibəsində deyirdi.
Vaçner kampaniyanı aldı, rəhbərlik etdiyi növbəti beş il ərzində məhsulun həcmini 30%-dək, qazancını isə 145%-dək artırdı və bu hesabla da borcunu 40%-dək azaltdı. 1991-ci ilin oktyabrında o, yenə də səhm aldı. Çox keçmədi ki, Vaçnerin 25 dollara aldığı səhmlərin qiyməti 35 dollara qalxdı. Nəticədə bu riskli iş ona mənfəət qazandırdı. Vaçner qoyulmuş sərmayənin cəmi 10%-ni təşkil edən sərvəti ilə risk etmişdi. 1993-cü ildə onun gəliri 100 milyon dollara çatdı. Lindanın ildə 3 milyon dollar gəlir əldə etməsinin səbəbi o idi ki, o, hələ də möcüzəvi iş tərzini davam etdirirdi. Onun ailəsi yox idi, lakin çəkinmədən bildirirdi ki, şirkət onun ailəsidir. 1992-ci ildə “Cosmopolitan”a verdiyi müsahibəsində şəxsi həyatı barədə suala Vaçner belə cavab verir: “Biznesin mənim həyatımda birinci yerdə dayandığını qəbul edən şəxsi tapmaq qeyri-mümkündür.”
***
Vaçner “Warnaco”nun məhsullarının və əməkdaşlarının qoruyucu mələyinə çevrildi. Şirkətin gəlirinin 60%-ni alt paltarlarının, 32%-ni kişi geyimlərinin və 8%-ni müxtəlif ticarət məhsullarının istehsalından gələn qazanc təşkil edirdi. “Warnaco”nun məhsulları yaxşı tanınır, çünki onlar "Valentino", "Scaasi", "Ungaro", "Bob Mackie", "Blanche", "Fruit of the Loom" şirkətlərinin, həmçinin "Warner & Olga" alt paltarı şirkətinin sifarışlərini qəbul edirdi. Kişi geyiminin istehsalı “Christian Dior”run, gödəkçələr “Hathaway”, “Chaps”ın, idman geyimləri “Golden Bear”, “Puritan” və “Valentino”nun idi. (Şirkət özəl şirkətlər üçün də geyim istehsal edir.)
Linda Vaçner öz məqsədinə çatdı. “Fortune”jurnalının reytinqinə daxil olan şirkətlərdən birinə o, 45 yaşında rəhbərlik etməyə nail oldu. İndi o, tarixə şirkət rəhbəri olaraq düşmüş üç qadından biridir: Meri Key Eş (“Mary Kay Cosmetics”), Ketrin Qrehem (“Washinghton Post”) və Linda Vaçner (“Warnaco”).
Linda Vaçnerin növbəti hədəfi sərfəli qiymətə malik geyim istehsal etməkdir. Bu, onun sözləridir: “Geyim əldə etmək də koka-kola almaq kimi asan olmalıdır.” Bu, zəhmət tələb edən, lakin zəhmətə dəyən bir işdir. Səhmdarlar da Linda Vaçnerin tərzini bəyənirlər, çünki o, hər zaman gərəkli işlər haqqında danışır, məsələn, vergi verdikdən sonra qalan gəlir barədə.
Gipsdə olarkən, balaca Linda özünə söz vermişdi ki, nə vaxtsa Triboro körpüsündən təcili tibbi yardım maşını ilə deyil, şəxsi “Kadillak”ında keçəcək. Linda verdiyi sözü yerinə yetirmək üçün yaşadı. İndi o istəsə, limuzin istehsal edən şirkəti ala bilər.
Vaçner tərzi “patoloji nəzarət”in klassik örnəyidir. Rahat olması üçün onun ətrafda baş verən hər bir şeydən xəbəri olmalı, şirkətin bütün işlərinə nəzarəti özü həyata keçirməlidir. Uşaqlıqda keçirdiyi tənhalıq və özünə qapanma sonralar onda şöhrət qazanmaq istəyinə çevrilmişdir. Onun özünü qiymətləndirməsi biznes sahəsindəki uğurlarına bağlıdır. Nəyin bahasına olur-olsun udmaq istəyən Vaçner, bu tip insanlara xas olan “sürət xəstəliyi”nə tutulmuşdur. Tez-tez danışmaq, cəld hərəkətlər etmək, hətta yeməyi də sürətlə yemək Vaçnerin tərzidir. Sakitlik onun üçün deyil. Nitqi qısa və konkret olur. Vaçner məzuniyyətə çıxdıqda və yaxud sadəcə televizor izlədikdə özünü günahkar hesab edənlərdəndir. O, televizor seyr etməklə iş jurnalının yoxlanmasını bir araya sığışdırır, sahildə günəş şüalarını isə şirkətin büdcəsi üzərində işləməklə qəbul edir. Vaçner həmişə tələsir, hətta yerində oturduqda belə...
Vaçner işlərini ofisdə başa çatdırmağa çalışırdı, lakin iş o yerə çatmışdı ki, ümumiyyətlə, ofisi tərk etmək istəmirdi. O deyirdi: “Artıq evə özümlə iş aparmıram, işlərimi bitirənə qədər kabinetimdə oluram. Məsələ burasındadır ki, bəzən, ümumiyyətlə, ofisdən getmirəm.”
Xanım Vaçner dedi-qodu etməyi xoşlamır, gərəksiz söhbətlərdən qaçır. Bütün görkəmli şəxsiyyətlər kimi, o da yalnız qələbə əzmi ilə yaşayır. Düzdür, biznes sahəsində o, rəqəmlərlə işləsə də, istehsalın yaxşı gedib-getmədiyini intuisiya ilə hiss edir.
Vaçner yeni açılmış müəssisələrin ehtiyac və imkanlarına anlayışla yanaşır. Yeni-yeni zirvələr fəth etmək ona xüsusi zövq verir. O, hətta özünün riskə olan marağına meydan oxuyaraq, təyyarə sürməyi də öyrənmişdir. Lakin Manhettendəki ofisində oturan Linda Vaçneri pilotluq həvəskarı hesab etmək olmaz. O, çağdaş bir şəhərdə şirkət rəhbəridir, onun biznesdə və həyatda hərəkət tərzi möhkəm iradəli və dözümlü olmaqdır. Məhz bu özəlliklər ona kişilərin hakim mövqe tutduğu sahədə uğur qazanmağa imkan vermişdir. Linda Vaçner başqalarının hisslərinə önəm vermr, çünki qarşısına qoyduğu məqsəd hər şeydən üstündür. (Vaçnerin zəif nöqtəsi də vardır: çalışan qadınlara qarşı özünəməxsus mərhəmət hissi onun sərt görkəminə bir qədər yumşaqlıq qatır. Bəzən o, şirkətin uşaqlı qadın işçilərinin əmək haqqını uzadılmış iş günlərində artırır.)
***
Vaçner karyeranı hər şeydən üstün tutan tipik yaradıcı şəxsiyyətdir. O, peşəsi xatirinə analıqdan da imtina etmiş, 1983-cü ildə həyat yoldaşı vəfat edəndən bəri “Warnaco”dakı fəaliyyətini hər kəsdən və hər şeydən üstün tutmuşdur. Linda Vaçner 59 yaşı Seymur Appelbaumla ailə həyatı quranda 27 yaşın içindəydi. Appelbaum onun həyat yoldaşı, sevgilisi, ən etibarlı dostu – bir sözlə, ona ən yaxın bir adam idi. Lindadan 31 yaş böyük olan Seymur Appelbaum 1983-cü ildə, 71 yaşında vəfat etdi. Sonralar ailə qurmadığına görə təəssüf hissi keçirirdi. Evlilik illərdə Linda həyat yoldaşının həmişə ürək ağrısından əziyyət çəkdiyinin şahidi olurdu. Linda, “Həmişə düşünürdüm ki, xəstə atanın övladının olması doğru olmaz. Mən necə də yanılmışam! İndi həyatı paylaşdığım bir övladım olsaydı çox yaxşı olardı!”–deyirdi. Və 1992-ci ildə “Working Woman” jurnalına verdiyi müsahibədə analıqdan imtina etməsinin səbəbini belə açıqlayırdı: “Düşünürəm ki, mənim həm uşaq tərbiyə edib, həm də bizneslə məşğul olmağa kifayət qədər vaxtım olmazdı.”
Vaçner 1990-cı ilin iyununda çıxan “Cosmopolitan” jurnalına verdiyi müsahibədə öz həyat fəlsəfəsini qısaca şərh etməyə çalışdı: “Mənə elə gəlir ki, mən şirkəti öz ailəm etmişəm.” O, həmişə öz işinin düşgünü olmuşdur. Linda demək olar ki, yatmırdı və o qədər işləyirdi ki, kiminləsə vaxt keçirmək, əylənmək yadına belə düşmürdü. Sadiq qaldığı bir ənənəsi vardı – Milad bayramında və Şükran günündə xizəklə sürüşmək. O, bütün yeni iş ortaqlarına: “Biznes hər şeydən əvvəldir” deyir.
Lindanın 23 yaşında ikən atasını, 1981-ci ildə yeganə bacısı Barbaranı, nəhayət, 1987-ci ildə anasını itirdi.
Bu zəhmətsevər şəxsiyyət qələbəyə olan inamı sayəsində yüksək zirvələri fəth etdi. O yalnız qələbə qazanmaq üçün yaşayır, hisslərinə aldanmır və rəqiblərinə fürsət vermir. Uğur qazanmış rəhbər və zəngin qadın imicinə malik olan Vaçnerin uğurları onun düşmənlərinin sayını artırdı. Keçmiş şirkət rəhbərlərindən biri deyirdi: “Linda qarşısına çıxan hər kəsi “əzib keçdi”. O, finiş lentinə birinci çatmaq üçün ağıla gələn hər şeyi edər”. Korporasiyadakı ilk rəhbəri isə onu belə səciyyələndirirdi: “O, sözünü birbaşa deyir. Mənə elə gəlir ki, onun açıqsözlülüyü və dürüstlüyü insanları qorxudur.”
Və bir də...
Başladığı hər bir işi çox asan və mükəmməl şəkildə yerinə yetirən Vaçnerin biznes aləminə böyük təsiri oldu. Onun bayram və bazar günlərini də daxil etdiyi iş tərzini çoxları başa düşmür. Vaçnerin uğurları ona zənginlərə xas olan vərdişləri həyata keçirməyə imkan verdi: o, xizək sürmə fanatıdır; Aspendə (Kolorado) çağdaş kotteclərin sahibidir; Los-Ancelesdə və Nyu-Yorkda evləri var.
Qeyri-adi iş planına malik olan Linda Vaçner onun qarşısıalınmaz tempinə uyğunlaşa bilməyən rəhbərlərə acımır.
İllik gəlirinin 3 milyon dollar olması Vaçneri Amerikanın ən yüksək maaşlı rəhbərlərindən biri və dünyanın ən yüksək maaşlı rəhbər-qadını etdi. Vaçnerin 23 milyon dollarlıq gəliri 1991-ci ildə Uol-Stritin rəhbərliyini heyrətə saldı. O, keşməkeşli həyat yolunda çətinliklərlə qarşılaşdı, zərbələr aldı, lakin bu, onun məqsədə çatmaq istəyinin qarşısını ala bilmədi.
Məqsədə çatmağın həzzini, görünür ancaq həyatında bunu bacarmış adamlara tanışdır! Əziz oxucum, bu tanışlıq üçün – məqsədə çatmaq üçün, xanım Linda Vaçnerin həyatı ilə tanışlıq bəlkə də sənin həyatında bir rol oynadı...

1133