Daxili işlər naziri Qəddafidən üz döndərdi
Liviyanın daxili işlər naziri Abdul Fəth Yunis ordunu Müəmmər Qəzzafi rejimini devirməyə çalışan xalq kütlələrinin tərəfinə keçməyə çağırıb. Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, istefa verdiyini bəyan edən daxili işlər naziri xalqın tələblərini haqlı sayıb.
Qeyd edək ki, fevralın 22-də axşam saatlarında telekanalda çıxış edən Liviya prezidenti Müəmmər Qəzzafi deyib ki, onun tərk edəcəyi post yoxdur: “Müəmmər Qəzzafi prezident deyil, inqilab lideridir və o, bu torpaqlarda öləcək”.
“Reuters” agentliyi isə bu gecə paytaxt Tripolidə Qəzzafi və müxalifət tərəfdarları arasında sərt toqquşmalar baş verdiyi barədə məlumat yayıb. Toqquşmalar, əsasən şəhərin Sarman və Sabrat məhəllələrində gedir. Liviya ordusunun bölmələri də Sabrat məhəlləsində cəmləşib. Liviya parlamentinin sədri isə ölkənin böyük şəhərlərinin əksəriyyətində vəziyyətin stabilləşdiyini bəyan edib.

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14