İran polisi Türkiyə prezident aparatının əməkdaşını tutub
17 fevral 2011 13:52 (UTC +04:00)

İran polisi Türkiyə prezident aparatının əməkdaşını tutub

“Armenia Today”-in məlumatın əsasən, Türkiyə nümayəndə heyətinin sürücüsü etirazçıların fotosunu çəkən zaman tutulub. Bir müddət saxlanıldıqdan sonra isə azad olunub.

Lent.az-ın “Cihan” xəbər agentliyinə istinadən məlumatına görə, prezident aparatı başçısının sürücüsü Mustafa İssən Tehranın “İnqilab” meydanında, şəhər kitabxanasının yaxınlığında öz şefini gözləyərkən tutulub.

Hakimiyyət qurumları məsələyə müdaxilə etdikdən sonra onlar sərbəst buraxılıb.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar