“Əl Cəzirə” Fələstin hökumətini çətin duruma saldı
14 fevral 2011 16:36 (UTC +04:00)

“Əl Cəzirə” Fələstin hökumətini çətin duruma saldı

“Əl Cəzirə” televiziyasının Fələstin hökumətinin İsrailə ciddi güzəştlərə getdiyinə dair sənədləri açıqlamasından sonra çətin vəziyyətdə qalan Fəyyad hökuməti istefasını təqdim edib.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Fəyyadın yeni kabineti formalaşdırması gözlənilir.
Xatırladaq ki, Fələstin hökuməti sentyabrdan öncə seçkilərə getmə qərarı qəbul edib. Seçki qərarının “Əl Cəzirə”nin ortaya çıxardığı gizli sənəd qalmaqalını ört-basdır etmə xarakteri daşıdığını iddia edən “Həmas” isə seçkidə iştirak etməyəcəyini və nəticələri tanımayacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar