İranda porno yayan 2 nəfər edam ediləcək
10 fevral 2011 11:36 (UTC +04:00)

İranda porno yayan 2 nəfər edam ediləcək

Lent.az-ın “mignews”ə istinadən verdiyi məlumata görə, Dolatabadi yerli məhkəmələrin çıxartdığı ölüm hökmünün təsdiq üçün Ali Məhkəməyə göndərildiyini vurğulayıb.

Barəsində ölüm hökmü çıxarılanlardan biri - Kanadada yaşayan İran vətəndaşı Səid Məlikpur 2 il əvvəl Tehran hava limanında təyyarədən düşən kimi tutulub. O, İran televiziyası ilə çıxışında cinayətlərini etiraf edib. Amma az sonra həbsxanadan göndərdiyi məktubda televiziyadakı çıxışını təkzib edib.

O, 2008-ci ilin oktyabrında müstəntiqin yanına aparıldığını, lüt soyundurulduğunu və gözlərinin bağlandığını bildirib: “Mənə dedilər ki, etirafla çıxış etməsəm, məni şüşə butulka ilə zorlayacaqlar. Bundan sonra bir neçə nəfər mənim başımdan və çiynimdən qamçı ilə vurdu. Məni hətta kabellə və yumruqla da döyürdülər. Beləcə, məni vacib rolu oynamağa məcbur etdilər”.

Qeyd edək ki, son ay ərzində İranda 121 nəfər edam edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126

Oxşar yazılar