Partiya lider: “Çadraya görə vergi alınsın”
Geert Vilders hər il çadraya görə 1000 avro vergi qoyulmasını istəyir
Hollandiyada Radikal Sağ Müstəqillik Partiyasının lideri Geert Vilders ölkədə çadra taxanlardan vergi alınmasını təklif edib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partiya lideri bu təklifini parlamentdə büdcə ilə bağlı aparılan müzakirələrdə dilə gətirib.
Geert Vilders deyib ki, küçələrin, ictimai yerlərin təmizlənməsinin zamanı gəlib və insan haqlarına zidd olan çadra kimi simvola qarşı birgə mübarizə aparılmalıdır.
O, çadra taxanların hər birindən il ərzində 1000 avro alınmasını, bu pulların hökumət binalarının təmirinə yönəldilməsini istəyib.
Sosialist Partiyasının lideri Agnes Kant buna qarşı çıxıb və Vildersin saçlarına görə ondan vergi alınmasını təklif edib. Yaşıllar Partiyasının lideri də Radikal Sağ Müstəqillik Partiyasının sədrinin təklifini tərbiyəsizlik kimi dəyərləndirib.

Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13