Mübarəkin taleyi bu gün həll olunur
Bu gün Misirdə Hüsnü Mübarək hakimiyyətinin taleyi həll olunacaq. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Müsəlman Qardaşları Hərəkatı cümə namazından sonra Prezident Sarayına yürüşün başlaması çağırışı ilə çıxış edib.
Gecə ərzində Təhrir meydanında olan aksiyaçılar da Hüsnü Mübarəkin taleyinə qəti aydınlıq gətirəcək bu yürüşə hazırlıq məqsədilə qurduqları çadırları sökməyə başlayıblar.
Bu arada ABŞ Senatı Hüsnü Mübarəki hakimiyyəti müvəqqəti bir hökumətə təhvil verməyə çağıran qanun layihəsini qəbul edib. Hüsnü Mübarək də kritik gün öncəsi ABŞ-ın ABC telekanalına müsahibə verib. O deyib ki, əgər istefa verərsə, Misirdə radikal Müsəlman Qardaşları Hərəkatının hakimiyyətə gələcəyindən qorxur: “62 ildir ki, xalqa xidmət etməkdən yoruldum. Hakimiyyətdən artıq getmək istəyirəm. Oğlum Camal Mübarəki də xələfim olaraq, hakimiyyətə gətirmək niyyətim yoxdur və o, bu ilin sentyabrında keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. Ancaq indiki məqamda istefa versəm, radikal Müsəlman Qardaşları Hərəkatı hakimiyyətə gələ bilər”.
Hüsnü Mübarək Təhrir meydanında baş verən qanlı toqquşmanın onun tərəfdarları tərəfindən törədildiyi barədə ittihamlarla da razılaşmayıb: “Qan tökülməsinin səbəbkarı Müsəlman Qardaşları Hərəkatıdır”.
Misirin vitse-prezidenti Ömər Süleyman da bu günə qədər dost saydıqları ölkələrdən gələn açıqlamaların qəribə olduğunu söyləyib: “Bizim işlərimizə burunlarını soxurlar. Biz belə müdaxilələrə icazə verməyəcəyik”.
O, Müsəlman Qardaşları Hərəkatını dialoqa dəvət etdiklərini, ancaq onların buna rədd cavabı verdiyini də vurğulayıb.
Bu arada bölgə ölkələrinin, ABŞ başda olmaqla, Qərb dövlətlərinin istefaya çağırdığı Hüsnü Mübarəkə İsraildən sonra ikinci sürpriz dəstək Fələstin Muxtariyyətindən gəlib. Ramallah şəhərində əleyhdarlarının aksiyası dağıdılsa da, onun tərəfdarlarının yürüş keçirməsinə icazə verilib.

1439