Baş cəllad: “Edamdan sonra qanlı qılıncımı uşaqlarım yuyub təmizləyir”- FOTO
15 yanvar 2011 18:57 (UTC +04:00)

Baş cəllad: “Edamdan sonra qanlı qılıncımı uşaqlarım yuyub təmizləyir”- FOTO

Hazırda dünyanın bəzi ölkələrində ölüm hökmü tətbiq edilməkdədir. Ötən əsrlərlə
müqayisədə edam texnologiyaları təkmilləşsə də, klassik metodlardan tam imtina olunmayıb. Baş kəsmə və boğazından asma bu gün də tətbiq edilir.


Cəlladların həyat və fəaliyyəti isə daim insanların maraq dairəsində olub. Onlar, adətən insanlardan kənar gəzsələr də, bəzi məlumatlar mediaya çıxır. Belə yazılardan biri də Fransanın “Le Figaro” qəzetində dərc edilib. Lent.az bu məqalənin tərcüməsini sizə təqdim edir.


“Mənim edamlarıma tamaşa edərkən, bir çox insanın ürəyi tab gətirmir. İradəsinə arxayın olmayan insanların niyə bura gədiyini başa düşə bilmirəm” - deyə, yerli qəzetlərdən birinə müsahibəsində Səudiyyə Ərəbistanının baş cəlladı Məhəmməd Səid Əl-Beşi bildirib.


O, gündəlik fəaliyyəti haqqında belə danışır: “Ərinə xəyanət edənlər, oğrular və narkotacirlərin ayaqlarının və qollarının kəsilməsi də daxil olmaqla hər gün təxminən 10 iş. Bu işi Allah rizası üçün görürəm, say önəmli deyil”.


42 yaşlı cəllad gecələr rahat yatdığını, boş vaxtlarında isə nəvələri və uşaqlarının qayğısına qaldığını söyləyir. Hətta edamdan sonra onun qanlı qılıncını uşaqları yuyub təmizləyir. Bununla belə cəllad normal həyat tərzi keçirdiyini, dost-tanışları ilə bir araya gəldiyini iddia edir.


“Əmək fəaliyyətinə” 1998-ci ildə başlayan və krallığın ən peşəkar cəlladı kimi tanınan Məhəmməd Səid Əl-Beşi kütlə qarşısında həyata keçirdiyi ilk edamı belə xatırlayır: “Həmin gün çox həyəcanlı idim. Bir qılınc zərbəsi ilə caninin başını bədənindən ayırdım və kəsilmiş baş 10 metr kənara diyirləndi. Sonralar isə edam etdiyim şəxs qadın olsa belə, heç əlim titrəmirdi. Yeganə fərq onların hicablı olmasıdır və yalnız mənim edamdan əvvəl onlara yaxınlaşmağa ixtiyarım var”.


Yetkinlik yaşına çatmayanlara gəldikdə, məhkəmə onların əl və qollarının kəsilməsinə qərar verir. Bunun üçün isə qılınc əvəzinə iti bıçaqdan istifadə edilir. Bu bıçağı da hökumət ona hədiyyə edib.


“Qüsursuz xidmətinə görə” Səudiyyə krallığı ona öz davamçılarını yetişdirməyə icazə verib. Davamçılarından biri də 22 yaşlı oğlu Musaiddir.


“Bu işi pul qazanmaq üçün yox, Allah xatirinə edirəm” deyən cəllad qazancını açıqlamaqdan imtina edib.


İslam hüququnun tətbiq edildiyi Səudiyyə Ərəbistanında qəsdən adam öldürmə, zorlama, İslam dinini tərk etmə və narkotik ticarəti kimi cinayətlər edamla cəzalandırılır. Zina cinayətində isə bədən cəzası tətbiq edilir.


Beynəlxalq təşkilatların rəyinə görə, yerli əhalidən fərqli olaraq edama məhkum edilmiş əcnəbilər bağışlanmaq üçün krala müraciət etmək hüququndan məhrumdur.


Digər bir cəllad - Abdullah Əl-Bişi isə televiziyaya müsahibəsində kəsiləcək bədən üzvünün anesteziya edildiyini deyib.


Sözardı: 1998-ci il fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qanunvericiliyə etdiyi dəyişikliklə ölkədə ölüm cəzası birdəfəlik ləğv olundu. Ölüm cəzasına məhkum edilənlərin cəzası isə ömürlük həbslə əvəzləndi ki, onlardan da bəziləri sonradan amnistiya ilə azadlığa çıxdılar. Azərbaycan tarixə ölüm cəzasını ləğv etmiş ilk Şərq dövləti kimi düşdü.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927

Oxşar yazılar