Sahibi olduğu xəstəxananı məhkəməyə verdi!
22 dekabr 2010 16:25 (UTC +04:00)

Sahibi olduğu xəstəxananı məhkəməyə verdi!

33 milyon dollar təzminat istəyir

İsrailli biznesmen Arkadi Qaydamak 2007-ci ildə Qüdsdə aldığı Bikur Xolim Xəstəxanasını məhkəməyə verib.

Lent.az-ın “Haarets” qəzetinə istinadən verdiyi məlumata görə, biznesmen hazırda özünə məxsus olan xəstəxananı idarə edən qeyri-kommersiya Assosiasiyasından 33 milyon dollar təzminat istəyir.

Sahibkar iddia ərizəsində qeyd edir ki, xəstəxananın düzgün idarə olunmaması və başsızlıq səbəbindən öz üzərinə Səhiyyə Nazirliyi və Maliyyə Nazirliyinin funksiyalarını götürmək və bu şəhərdəki israillilərin tibbi xidmət pulunu ödəmək məcburiyyətində qalıb: “Xəstəxanaya 32 milyon dollar sərmayə qoymağıma baxmayaraq, 1 il ərzində xəstəxananın fəaliyyətinin maliyyələşməsi mənim hesabıma olub, heç nə qazanmamışam. 2 il əvvəl də ölkəni tərk edərək xəstəxananı maliyyələşdirməyi dayandırmışam”.

Arkadi Qaydamak bildirib ki, Assosiasiya xəstəxananın yerləşdiyi binanın və avadanlıqların icarəsinə görə hər ay üçün ona ən azı 886 min dollar ödəməlidir.

Assosiasiyanın vəkili Mixail Rozenbaum isə bildirib ki, biznesmen Assosiasiyaya bu xəstəxananı ən az 5 il idarəetməyə verməyi, eyni zamanda 15 il ərzində maliyyə ayırmağı öhdəsinə götürüb. O, biznesmenin xəstəxananın xərclərinə görə Assosiasiyaya bir neçə milyon dollar verməli olduğunu, ancaq bunu etmədiyini də dilə gətirib.

Qeyd edək ki, bu ilin iyulunda Bikur Xolim Xəstəxanasının büdcə kəsirləri 25 milyon dollara çatıb. Xəstəxana rəhbərliyi İsrail dövlətinə 30 milyon dollar məbləğində birdəfəlik yardım ayrılması xahişi ilə müraciət edib, əks təqdirdə Qüdsdəki tarixi xəstəxananın bağlanacağı vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38