Moskvada qafqazlılarla ruslar arasında gərginlik səngimir
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Moskva Daxili İşlər İdarəsinin təmsilçisi Viktor Biryukov məlumat verib. Saxlanılanlar arasında diaspor təmsilçiləri, eyni zamanda radikal əhval-ruhiyyəli rus gəncləri var.
“Slavyan Gücü” Hərəkatının lideri Dmitriy Demuşkin isə “İnterfaks”a açıqlamasında deyib ki, Moskvanın müxtəlif yerlərində radikal rus gəncləri ilə qafqazlılar arasında bir neçə qarşıdurma olub. Qarşıdurma əsasən, “Kiyevskaya” metrosu ətrafında, “Aeroport” metrostansiyasında baş verib.
Moskva Daxili İşlər İdarəsi isə bu barədə məlumatsız olduğunu bildirir.
Qeyd edək ki, Rusiya mətbuatı dekabrın 11-də Manej meydanında rus futbol azarkeşlərinin qanunsuz keçirdiyi aksiya və qafqazlılara, Orta Asiya əsilli insanlara hücumlara cavab olaraq Şimali Qafqaz əsilli şəxslərin bu gün Kiyev vağzalı qarşısındakı meydana toplaşacaqları barədə məlumat yayıb. Bu gün Moskvanın Kiyev vağzalı və “Yevropeysk” ticarət kompleksi arasındakı meydana xüsusi təyinatlı milis bölmələri gətirilib.
Xatırladaq ki, dekabrın 11-də Manej meydanında kütləvi qarşıdurma olub. Bir müddət əvvəl Kabardin-Balkar əsilli şəxsi tərəfindən öldürüldüyü bildirilən “Spartak” futbol klubunun azarkeşi Yeqor Sviridovun xatirəsinə həsr olunmuş aksiya etnik xarakter alıb. Aksiya iştirakçıları millətçi xarakterli şüarlar səsləndirib, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya gediblər. 40 nəfər, o cümlədən milis əməkdaşları yaralanıb. 7 nəfər xəstəxanada yerləşdirilib. 80 nəfər saxlanılıb, 10-dan çox cinayət işi açılıb.

Oxşar yazılar

İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39