İsrail Türkiyənin tələblərini yerinə yetirəcək
Türkiyə və İsrail barışır. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlu və İsrail baş nazirinin xüsusi təmsilçisi Yosef Ciechanover arasında Cenevrədə keçirilən danışıqlarda nəticə əldə olunub.
Qeyd edək ki, İsrailin “Mavi Mərmərə” gəmisinə hücumu və 9 türkün ölümündən sonra Ankara Təl-Əvivdən Türkiyədən rəsmən üzr istəməyi və ölənlərin ailələrinə təzminat ödəməyi tələb edirdi. 7 ay sonra Cenevrədə aparılan danışıqlarda isə İsrail Türkiyədən deyil, ölənlərin ailələrindən üzr istəməyə və təzminat ödəməyə hazır olduğu üzə çıxıb. Ankara BMT-nin Təhqiqat Komissiyasına İsrailin olayla bağlı hazırladığı hesabatını da təqdim etməsini istəyir.
İsrailin “Haaretz” qəzeti İsrailin “Mavi Mərmərə” gəmisinə hücumla bağlı üzr istəməyi və təzminat ödəməyi prinsipcə qəbul etdiyini yazıb.

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi
19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44