Maykl Ceksondan sonra tək o qaldı... - HƏYAT HEKAYƏTİ
O, sözün əsil anlamında bir möcüzədir. Allah ona insanları maqnit tək özünə çəkmək kimi bir qabiliyyət verib. Onu “televiziya kraliçası” da adlandırmaq olar. 20 ildir ki, mavi ekranların ən çox sevilən siması olma statusunu heç kəslə paylaşmır. ABŞ prezidenti Barak Obamanın seçkilərdəki qələbəsinin əsas səbəbkarları arasında ön sırada durur. “Forbes” dərgisinin yaydığı məlumata görə, o, 20-ci əsrin ən zəngin qaradərili amerikalısı və Maykl Ceksonun ölümündən sonra dünyada tək qaradərili milyarderdir. “Forbes”in yazdığına görə, o, 2,7 milyard dollarlıq bir sərvətin sahibidir. Dərginin hazırladığı “dünyanın ən nüfuzlu 100 qadını” siyahısında isə o, Amerikanın 1-ci xanımı Mişel Obama, Kraft Foods qida məhsulları şirkətinin Baş Direktoru İren Rozenfelddən sonra 3-cü yerdədir. 25 illik televiziya aparıcısı və media maqnatı son 5 ildə 1.35 milyard dollar qazanıb. O, dünyanın ən nüfuzlu 100 qadını siyahısında ölkəsinin dövlət katibi Hillari Klintonu və Almaniyanın kansleri Angela Merkeli qabaqlayaraq, 3-cü sıraya yüksəlib.
Amerikanın "Forbes" jurnalının illik ənənəvi 100 ən böyük təsirə malik şou-biznes nümayəndəsi ilə bağlı reytinq siyahısında 1-ci yeri amerikalı teleaparıcı, milyarder Opra Uinfri tutub. "Forbes"in hesablamalarına görə, son 12 ayda Opra 315 milyon dollar qazanıb. Onun bu uğurunda həyata keçirdiyi media layihələri önəmli rol oynayıb.
Qadın haqlarından danışmağı çox sevən və bu istiqamətdə fəal bir xadim olan Opra Amerika Televiziya Akademiyası tərəfindən elan edilən “Emmi” mükafatına layiq görülən ilk şəxs olub. 2007-ci ildə isə o, son 25 ildə dünyanın 25 nüfuzlu şəxsi siyahısına düşüb. Amerikalılar arasında keçirilən “Kim olmaq istərdiniz?” sorğusunda iştirakçı amerikalıların 25%-i məhz onun adını çəkib.
“Həyatda ən böyük sirr, əslində böyük bir sirrin olmamağıdır. Məqsədiniz nə olursa-olsun, ona ancaq çalışaraq çata bilərsiniz.”
Opra Uinfri
Çoxlarının, xüsusilə də televiziya jurnalistlərinin böyük heyranlıq duyduğu bu qadını, milyonların sevimlisi Opra Uinfrinin proqramlarını, xüsusilə onun bütün dünyada məşhur olan Opra Uinfri Şousunu (The Oprah Winfrey Show), proqramlarını, çıxışlarını həmişə böyük maraqla izləmişəm. Məncə, o, böyük uğurlarını SƏMİMİLİYİ və İNSANLARA BÖYÜK SEVGİSİ ilə əldə edib. O, güvən verən baxışları və sözləri, “həyatınızda nəyisə dəyişdirin” çağırışı ilə milyonlarla insanın həyatını, həyata baxışını dəyişməyə müvəffəq oldu. Bu qüdrətli QADIN 20 ildən çoxdur, dünyanın ən məşhur qadınlarından biri kimi insanların sevgi ilə danışdığı Opra Uinfridir. Səmimi və xeyirxah Opra!
Onun baş rolda oynadığı filmlərə böyük ləzzətlə baxmışam. 1985-ci ildə dünyaca məşhur rejissor Stiven Spilberqin çəkdiyi “Bənövşəyi rəng” (The Color Purple) filmindəki Sofiya rolunu böyük məharətlə oynayan Opranın baş rol aldığı “Qadınlar qanadsız olanda” (1997) (Before Women Had Wings), “Burada uşaq yoxdur” (1993) (The Are No Children Here) , “Bryusterin qadınları” (1989) (The Women of Brewster Place) filmləri dünya kino tarixində özünəməxsus yer tutur. İzləməyənlərə böyük məmnuniyyətlə baxmağı tövsiyə edərdim. Xüsusilə də “Bənövşəyi rəng” (The Color Purple) filmindəki Sofiya rolunda Opranı izləməyə dəyər… Onu uğura aparan yolda ən böyük silahı sözün həqiqi mənasında Səmimiyyətidir! Məşhur “Ya göründüyün kimi OL, Ya da olduğun kimi Görün” ifadəsini məmnuniyyətlə ona şamil etmək olar. Olduğu kimi görünməsi və ya göründüyü kimi OLMASI Opranı qısa müddətdə milyonların doğmasına çevirdi!
Opra Uinfri sözün əsil anlamında medianın gücüylə dünyanı dəyişdirməyə girişən mələk adlandırıla bilər. Onun müəllifi olduğu “Opra Uinfri Şousu” 20 ildir, milyonlarla tamaşaçının sevimli proqramıdır. Şəxsən özünün hazırlayıb təqdim etdiyi, indiyə kimi xeyli ödülə layiq görülən “Opra Uinfri Şousu” ilə reytinqləri alt-üst edərək 20 ildir, milyonlarla tamaşaçını əyləndirir, məlumatlandırır; bununla da kifayətlənməyərək, passiv televiziya tamaşaçılarından nəhəng bir xeyriyyə ordusu qurur. Bir media korifeyi, bir xeyriyyəçi olaraq o, adını tarixə yazmış əfsanədir. Onun proqramı Amerika televiziya tarixində ən çox izlənən proqram kimi tarixə düşüb. Onun amerikalılar arasında reytinqi bir çox hallarda hətta prezidentlərdən də yuxarı olur. Amerikalılar bu qadını yalnız sevmirlər, həm də ona güvənirlər. Opra isə uğurunun sirrini bircə cümlə ilə ifadə edir: “İşini mükəmməl səviyyədə yerinə yetir, səmimi ol və gördüyün işdə bir fayda axtar.” O, məhz bu prinsipləri ilə adi bir ailədə doğulmasına və çətinliklərlə böyüməsinə baxmayaraq dünyanın ən ünlü qadınlarından birinə çevrildi. O, bu gün televiziya jurnalistikası başda olmaqla milyonlarla qadının kumirinə çevrilib, milyonlarla qız məhz Opradan örnək götürərək, həyatda uğur qazanmaq üçün addımlar atırlar.
Kim idi o?
Opra Uinfri 1954-cü ildə orta sinfə mənsub olan cütlüyün nikahdankənar doğulan uşağı kimi dünyaya gəldi. Baptist məzhəbindən bir cütlüyün qızı olan Opranın atası və anası evlənməmişdi. Onun adının da maraqlı tarixçəsi var. Əslində ona İncildə adı keçən Orpaya görə bu adı veriblər. Adının necə Opraya çevrildiyinə dair bir neçə fikirlər var. O, özü bir açıqlamasında deyib ki, doğulduğu günlərdə heç kimsə Orpanın necə doğru tələffüz ediləcəyini bilmədiyindən doğum kağızından fərqli olaraq hər yerdə “p” hərfi yanlışlıqla “r” hərfindən öncə yazılıb. Amma doğum sonrasında sənədləşməni həyata keçirən şəxsin yanlışlıqla hərflərin yerini dəyişik yazması nəticəsində Orpanın Opraya çevrilməsini iddia edənlər də var. Anası Vernita Lee xidmətçi, atası Vnmon Uinfri isə mədənçi, bələdiyyə üzvü olmadan öncə isə bərbər idi. Opra doğulduğunda atası silahlı qüvvələrin bir üzvü idi. Onun doğulmasından sonra anası əyalətin şimalına köçdü və Opra həyatının ilk 6 ilini nənəsi Anita Maenin yanında yoxsulluq içərisində keçirdi. Anasıyla atasının arasında qalan balaca qızcığazın həmin çətin günlərində yeganə sığınacağı və sirdaşı kitablar oldu. O, təhsilin insanın taleyini necə dəyişdirməyə qadir olduğunu da elə o günlərdə başa düşdü. Opra öncə məktəbdə özünün qabiliyyəti, bacarığı, istedadı və zəhmətsevərliyi ilə diqqətləri öz üzərində cəmlədi. Sonralar media dünyasına girdi və ABŞ televiziyasında xəbərlər proqramının ilk zənci aparıcısı oldu. O, həm özü teleulduz oldu, həm də öz şöhrətiylə yeni ulduzlar kəşf etməyə, başqa sözlə, yeni ulduzların parlamasına şərait yaratdı. Nüfuzu, zəkası və xeyriyyəçiliyi ilə Amerikada və bütün dünyada təhsil səfərbərliyi başlatdı. Uzun illər dünyada milyonlarla adam, “Xanımlar və cənablar! Opra Uinfri sizin hüzurunuzdadı!” anonsuyla hər həftə onu öz evində qonaq etdi. O, öz səmimiyyəti ilə milyonlarla evin, ailənin sevimlisinə çevrildi. İnsanlar ona güvənirdi, o isə uzun dövrü əhatə edən çalışmaları zamanı heç vaxt bu güvəni itirmədi, insanları xəyal qırıqlığına uğratmadı…
Uinfrinin uşaqlığı Missisipi əyalətinin Kosciusko qəsəbəsində kasıb bir evdə keçdi. Nənəsinin himayəsində yaşayan balaca Opra artıq üç yaşında olanda “İncil” oxuyur, kilsədə dini nəğmələr söyləyirdi. Əzbərdən “İncil”dəki ayələri oxuya bildiyindən hələ kiçik yaşlarında “vaiz” ləqəbi ilə tanınırdı. Anasıyla atasının arasında ...parçalanmış bir ömür sürən Opra yalqız idi və özünü, artıq dediyimiz kimi, ancaq kitablarla ovundururdu. Yoxsul olmalarına baxmayaraq, Opra iki sinfi 2 və 8-ci sinfi oxumadan daha yuxarı sinfə keçirildi. Çünki məktəbin ən yaxşı oxuyanı idi və 13 yaşında şəhərin ağdərili şagirdlərinin oxuduğu prestijli bir liseydə oxumaq üçün təqaüd almağa müvəffəq oldu. Məktəbdə uğurlar əldə edən Opranın üsyançı bir xarakteri var idi. Dəfələrdə evdən qaçdı. Nəhayət, 14 yaşı olanda anası onu Naşvillə, Tennessiyə atasının yanına göndərdi. Bununla yanaşı o, məktəbdə diribaşlığı və zarafatcıllığı ilə şagird və müəllim kollektivinin diqqətini özünə cəlb edirdi. Hamı onun haqqında eyni şeyi fikirləşirdi:
O başqalarından seçilir(di), özü də çox seçilir(di)!
Opra Allahın sevimli bəndəsi idi. Tale çətin uşaqlıq dövründən sonra onun üzünə gülməyə başlayırdı. Məktəbin ən yaxşı şagirdi olan Opra hətta məktəbdə keçirilən gözəllik müsabiqələrində belə fərqlənməyə, Anadolulular demiş, adından söz etdirməyə başladı. Doğrudan da, “Hər ümidsizliyin arxasında bir ümid yatır” (C.Fletçer). Opra liseyin komandasının üzvü olaraq natiqlik yarışmasını qazandı, dramatik yorum sahəsində 2-ci yeri əldə etdi və bununla da Tennessi Əyalət Universitetində oxumaq üçün təqaüd əldə etdi. Opra 18 yaşındaykən “Miss Black Tennessee Beauty Pageant” (Qaradərili Tennessi gözəllik yarışması) qazandı.
Opra 17 yaşında olanda tale onu Naşvilldəki yerli radio stansiyasına gətirdi. Ona bir pyesi səsləndirmək təklif edildi. Səsini elə bəyəndilər ki, ona günün yeniliklərini oxumağı etibar etdilər. İki ildən sonra, Tennessi Dövlət Universitetinin ikinci kursunda oxuyanda, o, Naşvilldə ilk zənci aparıcı olaraq işə qəbul edildi. Ancaq bütün uğurlarına görə Allahla duaçı olmaqla yanaşı öz böyük zəhmətinə də borclu idi. Çünki yorulmadan çalışdı, əziyyətlərə əyilmədi, uğurlarının ardınca əzm və inadla getdi! Universiteti bitirən kimi Opra Baltimorda bir televiziya kanalında müxbir olaraq çalışmağa başladı və xəbər dalınca qaçdı. Elə ilk gündən onun dəst-xətti başqalarınınkından seçilirdi. O, zamankı qaydalara görə müxbirlər, öz şəxsiyyətlərini ön plana çıxarmamalı və nə olursa-olsun, özlərini soyuqqanlı aparmalı idilər. Opra isə kədərli xəbərlərdə göz yaşlarını saxlaya bilmir, gülməli xəbərləri isə gülə-gülə təqdim edirdi. Ekrandakı bu fərqli üslub getdikcə daha çox adamın diqqətini cəlb edirdi. Xalq televiziyadakı bu yeni simanı sevmişdi. Sadə insanlar onu özlərindən biri kimi qəbul edir və özlərinin ekran-efir dünyasındakı təmsilçisi olaraq görürdülər.
1983-cü ildə Opra İllinoys əyalətinin Çikaqo şəhərində populyar olmayan yarım saatlıq bir səhər tok-şousu olan AM Chicaqo-nu aparmağa başladı. Bir neçə ay içərisində proqram Çikaqonun ən reytinqli verilişinə çevrildi. Gedişat Opranın xəyallarına, düşüncələrinə bir aydınlıq gətirdi: o öz proqramını yaratmaq qərarına gəlmişdi. Bununla da Opra, adının televiziya tarixinə düşməsinə səbəb olan addımı atdı: səhərlər efirə çıxan bir “tok-şou” proqramı aparmağa başladı.
“Cəsur insan möcüzəyə qadirdir!”
1986-cı ildə o, öz adıyla qoşalaşan “Opra Uinfri Şousu” proqramını təqdim etməyə başlayanda 32 yaşı vardı. Cəmi iki ildən sonra artıq bir çox bölgədə yayımlanmağa başlayan proqramı o dövrün televiziya ulduzu Filipp Con Donahuenin apardığı və ABŞ teleməkanında ilk tok-şou olan Donahuenin şousunu kölgədə qoymuşdu. Opra qısa müddətdə rəqiblərini asanlıqla “əzib” keçdi… Hamı mavi ekranların bu qaradərili qızından danışırdı… Onun proqrammı gündüzlər yayımlanan ən reytinqli şouya çevrildi. TİME dərgisi çox aş insanın bu qədər qısa zamanda Opranın zirvəyə qalxaraq ən populyar tok-şou aparıcısı ola biləcəyini təxmin etdiyini yazırdı. Ağdərili kişilərin hakim olduğu bir sahədə o qısa zamanda ən məşhurlardan oldu.
O, televiziya məkanında neçə (və necə!) tabular sındırdı, neçə yenilik gətirdi.
Sadəcə bir faktı göstərmək kifayətdir ki, yayımlanmağa başladığı 1986-cı ildən etibarən birinciliyini qoruyub saxlayan “Opra Uinfri Şousu”, hər həftə sadəcə Amerikada 46 milyon (!) nəfəri ekran başına yığır və 134 (!) ölkədə yayımlanır.
“Yanar ürək”
Opra elə bir nüfuz qazanmışdı ki, qadınlar ona heyranlıq bəsləməklə yanaşı onu öz rəfiqələri sayırdılar. Opra “söhbət, dərdləri paylaşmaq və yol göstərmək” prinsipinə əsaslanan səmimi üslubu ilə televiziya məkanında yeni bir cığır açmışdı.
Opranın ən böyük uğuru ekranı “sadə adamlar”ın üzünə açması idi. Bu, həmin dövrdə bir inqilab idi. Zorlanmış, fəqət bunu hamıdan gizlədən insanlar, narkotik maddələr üzündən problemlərlə qarşılaşan çarəsizlər onun proqramında öz sirlərini açıb danışırdılar. Opra, “şou” qavramını adamlara daha yaxın, daha şəxsi bir qavrama çevirmişdi. Onun proqramı, bir növ, adamların öz günahlarını etiraf etdikləri bir mərkəz halına gəlmişdi. Proqramına çağırdığı qonaq kədərli bir əhvalat danışanda Opra ağlayır və onu qucaqlayırdı. O, bütün hərəkətlərində o qədər səmimi idi ki, hətta televiziya tənqidçiləri belə ona rəğbətlə yanaşırdılar. Tənqidçilər onun haqqında belə deyirdilər: “Opra Uinfri başqalarından daha kəskin, daha ağıllı, daha səmimi və tamaşaçılarına, bəlkə də bütün dünyaya daha yaxşı uyğunlaşmış bir televiziya ulduzudur.”
O, öz proqramında həm maarifləndirir, həm də əyləndirirdi. İnsanlar onun proqramından müsbət emosiya aldıqlarını deyirdilər, ona inandıqlarını deyirdilər. O isə heç zaman bu inamı sınmağa qoymurdu (və qoymur!). Məsələn, “Dəli dana” epidemiyası yayıldığı vaxt, “Daha bir hamburqer yeməyimə mane olun!” deyən Opranı ət industriyası təmsilçiləri məhkəməyə verərək, ondan milyonlarla dollar kompensasiya tələb etmişdilər. Onlar Opranın bu açıqlamasının ət industriyasında işləri zəiflətdiyini, böhrana səbəb olduğunu iddia edirdilər. Ancaq Opra sadə insanları doğru olaraq maarifləndirdiyini iddia edərək, onların qarşısından geri çəkilmədi və məhkəməni uddu.
“Həyatda nəyisə dəyişdirin!”
Opra, televiziyanın gücünü yaxşı bilirdi. Televiziya sehrbazı olan bu qadın öz şousunda ailənin bir fərdi kimi davranmağı və sanki evində qonaq olduğu rəfiqəsiylə birgə yemək yeyəndən sonra adi şeylər barəsində söhbət edirmiş kimi səmimi olmağı bacarırdı. O, adamların tənhalıqlarını bölüşürdü. Şöhrətinin bu mərtəbəsində Opra daha bir yeniliyin əsasını qoydu. Opra, ona tamaşa edənlərə belə deyirdi: “Həyatda nəyisə dəyişdirin!”
...Və bu söz neçə tamaşaçının (düşünən insanın) həyat ritmini dəyişdi, işinə-gücünə harmoniya gətirdi; bir çox insanın içində yatıb qalmış (qalaqlanmış) hissləri oyatdı; ümumi bir cəmiyyət canlanması yaratdı! ...Bunu topsuz-tüfəngsiz, inzibati resursları olmayan, qara günlər görmüş bir qaradərili, bir qadın edirdi! Doğrudan da, “Televiziya, radio xalqın gözünü açır, insanları dünya ilə birləşdirir...” (Heydər ƏLİYEV)
Ancaq o, sadəcə məsləhət verməklə kifayətlənmirdi. Bir çoxlarından fərqli olaraq, Opra bunu populizm xatirinə etmirdi. O, özü insanlara bu istiqamətdə örnək kimi çıxış edirdi. Yanına milyonlarla insanı, Oprasevərləri alaraq həyatda nələrisə dəyişdirirdi!
O, hesab edirdi ki, ən vacib məsələ təhsildir. Opra özünün çətin şəraitdən çıxmasında böyük rol oynayan təhsili, “azadlığa açılan bir qapı” adlandırır, bu mövzunu daim gündəmdə saxlayır. Televiziyadan qazandığı pullarla təsis etdiyi Opra Uinfri Fondu sayəsində o, təhsil, ailə, qadın və uşaq mövzusunda yüzlərlə təşəbbüsə dəstək verir. Daha yaxşı təhsil almağa layiq olduqları halda buna imkanları olmayan şagirdlərin təhsil şəraitlərinin yaxşılaşdırılması üçün Opra milyonlarla dollar xərcləyir və məktəblər tikdirir. Təsisçisi olduğu “Opra Uinfri təqaüd proqramı” sayəsində öz təhsillərini Amerikada və xaricdə davam etdirmək istəyən tələbələrə təqaüd verir və təkbaşına, demək olar, bütöv bir Təhsil Nazirliyi kimi işləyir!
O, televiziyada qazandığı populyarlıqdan, sözün yaxşı anlamında kütlələri hərəkətə keçirmək üçün istifadə etdi. Bu qaradərili ulduz hər kəsə sübut etdi ki, televizor yalnız “axmaqlar üçün qutu” deyil, lazım gəldiyində nəhəng bir xeyriyyəçilik vasitəsinə çevrilməsi mümkündür. Sadəcə istəmək (və işləmək) gərəkdir… O, bunu sübut edən işlərindən birini 2002-ci ilin dekabrında həyata keçirdi. “Güney Afrika milad mərhəməti - 2002” təşəbbüsü nəticəsində Güney Afrika Respublikasının çöllərindəki məktəblər təmir edildi, 50 min şagirdə ərzaq, paltar, idman ayaqqabısı, dəftərxana ləvazimatı, kitab və oyuncaqlardan ibarət sovqatlar paylandı. Yenə bu təşəbbüs çərçivəsində 63 məktəbdə kitabxana təşkil edildi və müəllimlərə təqaüd verildi. O, zəngin insanlar üçün “pullarınızın kiçik bir hissəsi ilə ehtiyacı olan minlərlə insanın yaşamını dəyişə, onları həyata qaytara bilərsiniz” ismarıcını verirdi. O, dünya zənginlərinə “pulunuzun bir hissəsini ehtiyacı olanların təhsilinə, dünyanın gələcəyinə xərcləyin” çağırışları edirdi addımları ilə…
O, Güney Afrikanın əfsanəvi dövlət başçısı Nelson Mandelaya verdiyi vədə sadiq qalaraq, orada 40 milyon dollara başa gələn“Opra Uinfri Qız Liderlik Akademiyası açdı. Bu akademiya hələ də Afrika qitəsində ən yeni texnologiya ilə təmin edilmiş elm-təhsil mərkəzi olaraq, istedadlı qızlara ən yüksək səviyyəli təhsil almaq imkanı verir.
O, xeyriyyə işlərinə ən çox pul xərcləyən biznesmenlərdəndir. Onun televiziya tamaşaçılarının ianələri ilə fəaliyyət göstərən “Opranın mələkləri şəbəkəsi” adlı Xeyriyyə Cəmiyyəti dünyanın müxtəlif bölgələrində məktəblər, qadın dərnəkləri və gənclik mərkəzləri inşa etdirir. İnsanlar onu o qədər sevir, o qədər etimad göstərirlər ki, məsələn, Opranın özünün internet səhifəsindəki kitab klubunda tanıtmaq üçün seçdiyi kitablar dərhal bestseller olur. Hər halda “Business Week” jurnalı hesab edir ki, onun kimi kitab satışını artıra bilən ikinci adam yoxdur. Onun kitab klubunun 1 milyon nəfər üzvü var. Bunun nə demək olduğu yəqin, hamı üçün aydındır. 2007-ci ildə tanınmış Amerika yazıçısı Kormak MakKarti ilk televiziya müsahibəsini ona verib. Opra onun “Yol” əsəri haqda veriliş hazırlayıb. Çox keçməmiş həmin əsər fantastika üzrə Pulitser Mükafatına layiq görülüb.
Yazıçı-jurnalist Katlin Runi özünün “Opra ilə mütaliə: Amerikanı dəyişən kitab klubu” məqaləsində yazır ki, Uinfri elektron mediadan – xüsusilə televiziya və internetdən istifadə edərək milyonlarla kitab oxumayan insanda əlinə kitab alıb mütaliə etmək həvəsi yaradıb.
Opranın internet səhifəsinə (www.oprah.com) hər ay 6 milyon (!) nəfərdən çox istifadəçi orta hesabla 70 milyon (!) dəfə baş çəkir və hər ay 1,3 milyon (!) nəfər elektron məktub göndərir. Bu çox az insana nəsib olan böyük bir xoşbəxtlikdir. Şəxsi media şirkətinin çıxardığı “Opra maqazin” adlı qadın jurnalı ayda orta hesabla 2,3 milyon (!) tirajla nəşr edilir ki, bu da dünya praktikasında çox nadir göstəricilərdəndir. Opranın 1988-ci ildə qurduğu “Harpo studiyası” isə ABŞ-da əyləncə sektorunda üçüncü yerdədir. Ünlü «Forbes» dərgisinin yazdığına görə o, XX yüzilin ən varlı qaradərili amerikalısı və dünyadakı nadir qaradərili milyarderlərdəndir (hərdən mənə elə gəlir, geniş çaplı, yerindən-yurdundan, məşğuliyyətindən, dərisinin rəngindən, yaşından-başından asılı olmayaraq milyonları qapsayan çalışmaları yüzillər öncə Anadoludan dünyaya (bu günə!) səslənmiş Mövlana Cəlaləddin Ruminin düşüncə sistemini, dünyagörüşünü şəkilləndirir qaradərili Amerikalı qadın! – “Gəl, kim olursan ol, gəl, dinsizsən gəl, imansızsan gəl, isəvisən gəl, musəvisən gəl, yüz kərə tövbəni pozmuş olsan yenə gəl! Bizim könül bağçamızda hər kəsə yer var – yetər ki, gəl!”
Allah ona hərtərəfli bir istedad verib! Opra Uinfrinin uğurlu aktrisalıq karyerası da var. 1985-ci ildə Stiven Spilberqin çəkdiyi “Bənövşəyi rəng” filmindəki Sofiya rolu ilə Opra istedadlı aktirisa kimi də dünyada ün qazanmağa başladı. O, böyük məharətlə yaratdığı Sofiya roluna görə hətta “Oskar”, habelə “Qızıl qlobus” ödüllərinə namizəd də göstərilmişdi. “Qadınlar qanadsız olanda” (1997) filmi isə Opranı istedadlı aktirisa kimi daha da məşhurlaşdırdı. İşlərinin çoxluğuna baxmayaraq Opra “Burada uşaq yoxdur” (1993), “Bryusterin qadınları” (1989) adlı filmlərdə oynadığı rolları ilə də tamaşaçıların rəğbətini qazanmış və adını kino tarixinə də yazmışdır.
“Həyatınızda nəyi isə müsbət istiqamətdə dəyişdirmək üçün səy göstərin” deyən bu bənzərsiz televiziya ulduzu, heyranlıqla qarşılanan missiyasını hələ də davam etdirməkdədir. Oprahın 2011-ci ildə öz proqramını bitirəcəyi ilə bağlı xəbərlər onun milyonlarla tamaşaçını dərindən narahat edir. Onlar ailələrinin əziz üzvünə çevrilmiş Oprahın proqramını dayandırmasını istəmirlər. Təkcə ABŞ-da hər həftə 42 milyon insanın izlədiyi məhşur talk-show programı, 145 ölkədə də göstərilmiş və təxminən 20 ildir ən çox izlənən söhbət proqramıdır.
Onun haqqında bütün dünya danışır. O, isə görünür, ömrünün sonuna qədər, hələ gəncliyində qazandığı “sevimli, əziz Opra” “titul”unu əldən verməyəcək. Adını tarixə (yalnız mədəniyyət tarixinə deyil, eyni zamanda ümumən insanpərvərlik tarixinə) yazmış bu əfsanə qadın bütün qızlar üçün (özəlliklə ümidsiz qızlar üçün!) gözəl bir örnək olmaqla yanaşı, keçdiyi həyat yolu ilə qadınlara uğura gedən yolu da göstərir...

1190