İran generallarının «blefi»nin üstü açıldı
22 noyabr 2010 19:12 (UTC +04:00)

İran generallarının «blefi»nin üstü açıldı

Jurnalistlərə açıqlamasında o deyib ki, “FM 80” və “Rapir” adlı yeni raketlər sınaqdan uğurla çıxıb: “Bu raketlər İranda istehsal edilib. Yeni raketlər “Rapir” və “FM 80” raketlərinin daha da inkişaf etdirilmiş modelidir. Yeni raketlər daha mütəhərrikdir, elektron-optik və lazer cihazları təchiz edilib və hədəfi uzaqdan vurmaq qabiliyyəti güclüdür”.

Həmid Ərjəngi həmçinin Rusiyanın “S-300” raketlərinə bənzər “Mersad” adlı daha bir yeni raketi noyabrın 18-də sınaqdan keçirdiklərini bildirib: “Uğurla sınaqdan keçirilən, məşhur “S-300” raketlərinin bənzəri olan “Mersad” raketləri modern təyyarələri izləmək, onları məhv etmək qabiliyyətinə malikdir”.

Bunun ardınca “Mersad”ın S-200 raketdən müdafiə kompleksinin modernləşdirilmiş modeli olduğu haqda məlumat yayıldı. Bu qurğu 1979-cu il inqilabından sonra SSRİ-dən alınmışdı. 1964-cü ildə hazırlanmış həmin kompleks 2001-ci ildən Rusiyanın silah arsenalından çıxarılıb. S-300-dən prinsipial olaraq fərqlənən S-200 müdafiə xarakterli olub, 60-cı illərdəki strateji bombardmançıların zərbəsindən qorunmaq məqsədi daşıyır. S-300 zenit raket kompleksi isə orta radiusla 100 km-dək məsafədən 100 hədəfi izləyə bilir, 12-yə qədər hədəfi məhv etmək qabiliyyətinə malikdir.

Bu sistem 1979-cu ildə keçmiş SSRİ-nin silahları sırasına daxil edilib.

S-300 kompleksinin təyinatı iri sənaye və dövlət obyektlərini kosmik-hava hücumundan qorumaqdır.

S-300 6-75 km-lik məsafədə uçan təyyarələri, 6-40 km-dəki qanadlı və ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir.

Onun S-300V, S-300PMU, S-300PMU-1 quruluşları var. Mütəxəssislərin fikrincə, texniki cəhətdən S-200-ü S-300-ə «düzəltmək» və ya «modernləşdirmək» mümkünsüzdür.

Həftənin sonunda İranın müdafiə naziri Əhməd Vahidi yenə də bəyan edib ki, iranlı mühəndislər Rusiya istehsalı olan S-300 zenit raket qurğusunun analoqu üzərində işləyirlər. Nazirin bu bəyanatı mütəxəssislərin yuxarıda qeyd etdiyimiz qənaətini təsdiqləyir. Buradan belə bir nəticəyə gəlmək olar ki, hakimiyyət təmsilçiləri «blef» edib.

Müdafiə nazirindən başqa, briqada generalı Əhməd Miqani də bildirib ki, 5 günlük hərbi təlim zamanı İran istehsalı olan S-200 kompleksini sınaqdan çıxarıblar. Amma onun da keçmiş SSRİ-dən alınmış model olduğu məlum olub. Göründüyü kimi, ölkənin müdafiə qurumuna başçılıq edənlərin yalanının üstü tez bir zamanda açıldı. Xatırladaq ki, İran rəsmiləri «S-200-ü S-300-ə uyğunlaşdırdıqlarını» bildirmişdilər.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617

Oxşar yazılar