Atatürkün yaxtasını fahişəxanaya çevirən milyonçu saxlanılıb - FOTO
Türkiyə polisi bir zamanlar Atatürkə məxsus olmuş “Savarona” yaxtasını kirayələyən şəxsi saxlayıb. Lent.az-ın “The Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, bu, Nyu-Yorkda daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan 57 yaşlı maqnat Tofiq Arifdir və o, dünən gecə artıq polisə ilk ifadəsini verib.
“Savarona”nı dövlətdən 60 milyon dollara 49 illik icarəyə götürən Kahraman Sadıkoğlu Tofiq Arifi yaxtanı fahişəxanaya çevirməkdə günahlandırır.
Tofiq Arif Qazaxıstanda anadan olub, 17 il SSRİ Ticarət Nazirliyində işləyib. O, 2001-ci ildə “Bayrock Group” adlı şirkət yaradıb. Tofiq Arif məşhur biznesmen Donald Trampla birgə biznesə də malikdir. “Bayrock Group” şirkəti Nyu-Yorkda 46 mərtəbəli “Trump SoHo & Trump İnternational Hotel” mehmanxana-restoran kompleksinin tikintisində iştirak edib.
Hazırda Tofiq Arifin Nyu-Yorkda dəyəri 6 milyon dollar olan 3 mərtəbəli villası var.
Onun vəkili Encin Aküzlü isə bildirib ki, onun müştərisi sadəcə, şər kampaniyasının qurbanıdır. O inanır ki, milyoner istənilən müstəqil məhkəmədə şərəf və ləyaqətini müdafiə edə biləcək.

805