Boliviya prezidenti futbol oyununda xuliqanlıq edib
Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bu, hökumət üzvlərinin yaratdığı komanda ilə paytaxt meriyasının komandası arasında keçirilən görüş zamanı baş verib.
Futbol oyununun gedişində meriyanın komandasının bir oyunçusu qaydaları pozub və prezidentin baldırına zərbə endirib. Oyun dayandırılıb, ancaq 51 yaşlı Evo Morales dayanmayıb. Prezident rəqib komandanın oyunçusuna cavab zərbəsi endirib. Evo Moralesin növbəti zərbələrindən oyunçunu komanda yoldaşları birtəhər qoruyublar.
Meydanın ətrafındakı polislər də işə qarışıb və prezidentin ayağını zədələyən oyunçunu həbs etmək istəyiblər. Ancaq həbsin qarşısını futbol oyununun hakimi alıb. O izah edib ki, futbolda zədə almaq adi hadisədir və burada cinayət tərkibi yoxdur. Hakim xuliqanlıq edən prezidentin hərəkətini isə şərh etməyib.

Oxşar yazılar

İsrail Tehran ətrafında hücum əməliyyatına başladı
18 iyun 2025 , 03:58
Əhmədinejat öldürülüb? - Ofisi məlumat yaydı
17 iyun 2025 , 23:38
Xameneinin harada gizləndiyini bilirik, o, asan hədəfdir – Tramp
17 iyun 2025 , 21:01
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq
17 iyun 2025 , 17:47
İsrail Tehran radiosunu da vurdu
17 iyun 2025 , 16:16
Ümit Özdağ azadlığa buraxıldı
17 iyun 2025 , 15:23
İran və İsrail deyil: Ukraynadan dəhşətli görüntülər
17 iyun 2025 , 13:47