İstanbulda qorxulu gecə
04 oktyabr 2010 10:30 (UTC +04:00)

İstanbulda qorxulu gecə

Oktyabrın 3-də axşam saat 20:49 radələrində Mərmərə dənizində, İstanbuldan 60 kilometr uzaqlıqda, 4,4 bal gücündə zəlzələ baş verib.

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, şiddətli zəlzələ İstanbulda hiss edilib.

Saat 21:24 radələrində eyni yerdə ikinci zəlzələ qeydə alınıb.

Qeyd edək ki, alimlər yaxın vaxtlarda Mərmərə dənizindəki tektonik sınma xəttində güclü, dağıdıcı zəlzələnin baş verəcəyini və İstanbulda binaların böyük əksəriyyətinin çökəcəyini, çatlayacağını proqnozlaşdırırlar. Bu səbəbdən də dünən baş verən zəlzələ istanbulluları qorxudub. İnsanlar küçələrə axışıblar.

Bəzi ailələr gecəni küçələrdə keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar