İranın təbii qazından istifadə Avropaya yasaqdır
Lent.az-ın «REGNUM»a istinadən məlumatına görə, ABŞ-ın Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar deyib: «İranın təbii qazı «Cənub qaz dəhlizi» layihəsində yaxın gələcəkdə axıdılmayacaq».
Onun sözlərinə görə, Xəzərdə hasil olunan təbii qazın Avropaya çatdırılması üçün nəzərdə tutulmuş Transadriatik kəməri «Cənub dəhlizi»nin əsas layihələrindəndir. «Avropa razı olmadığından İran bu planın potensial donoru sayılmır» - deyə, ABŞ prezidentinin xüsusi elçisi söyləyib.
O, qeyd edib ki, təmsil etdiyi hakimiyyət bu layihənin əsas iştirakçısı sırasında İraq, Qətər, hətta Türkmənistanı belə nəzərdən keçirir.
Yeri gəlmişkən, «Cənub dəhlizi» layihəsi çərçivəsində «Nabukko» qaz kəməri meydana çıxıb. Onun uzunluğu 3,3 min km-dir. Bu xətt Rusiyadan yan keçməklə Orta Asiyanın təbii qazını Avropaya çatdıracaq.
Kəmərlə ildə 32 milyard kub metr qaz ötürmək planlaşdırılıb. Konsorsiuma daxil olan Avstriyanın «OMV Gas GmbH», Almaniyanın «RWE», Bolqarıstanın «Bulgargaz», Türkiyənin «Botas», Rumıniyanın «S.N.T.G.N. Transgaz S.A.», Macarıstanın «MOL Natural Gas Transmission Company Ltd.» şirkətləri qaz xəttinin çəkilməsində iştirak edir.
Mənbənin məlumatına əsasən, hazırda İraqda, kürdlərin daha sıx yaşadığı bölgədən keçəcək qaz kəmərinin də «Nabukko»ya qoşulması məsələsinə baxılır.
Sədrəddin Soltan

Oxşar yazılar

Əhmədinejat öldürülüb? - Ofisi məlumat yaydı
17 iyun 2025 , 23:38
Xameneinin harada gizləndiyini bilirik, o, asan hədəfdir – Tramp
17 iyun 2025 , 21:01
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq
17 iyun 2025 , 17:47
İsrail Tehran radiosunu da vurdu
17 iyun 2025 , 16:16
Ümit Özdağ azadlığa buraxıldı
17 iyun 2025 , 15:23
İran və İsrail deyil: Ukraynadan dəhşətli görüntülər
17 iyun 2025 , 13:47
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
17 iyun 2025 , 11:27