Ekvador prezidenti azad edildi
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, müəyyən güzəştləri ləğv edilən və mükafatları azaldılan polislərin qiyamı silahlı toqquşmaya yol açıb. Prezidentin xəstəxanadan çıxarılması üçün keçirilən əməliyyat zamanı 2 polis öldürülüb, 50 nəfər yaralanıb.
Xüsusi təyinatlılar xəstəxanaya daxil olaraq dövlət başçısını azad ediblər.
Qeyd edək ki, prezident dünən qiyam qaldıran polislərə görüşə gəlib. Ancaq onu bomba və gözyaşardıcı qazla qarşılayıblar. Mühafizəçilər prezidenti xəstəxanaya aparmağı bacarsalar da, binadan çıxara bilməyiblər. Bu zaman Rafael Korrera parlamentə müraciət edib.
Prezident xəstəxana binasından əleyhqazda və tərəfdarlarının əhatəsində çıxıb. Rafael Korrera deyib ki, öldürülmüş polisləri görəndə qorxudan yox, kədərindən ağlayıb.
Ölkədə isə qarışıqlıq başlayıb. Naməlum şəxslər iki bankı qarət edib, 1 dinc sakini öldürüblər. Prezident bildirib ki, polislər arasında naməlum təxribatçı olub və o, böyük ehtimalla, xarici ölkə vətəndaşıdır.

Oxşar yazılar

Əhmədinejat öldürülüb? - Ofisi məlumat yaydı
17 iyun 2025 , 23:38
Xameneinin harada gizləndiyini bilirik, o, asan hədəfdir – Tramp
17 iyun 2025 , 21:01
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq
17 iyun 2025 , 17:47
İsrail Tehran radiosunu da vurdu
17 iyun 2025 , 16:16
Ümit Özdağ azadlığa buraxıldı
17 iyun 2025 , 15:23
İran və İsrail deyil: Ukraynadan dəhşətli görüntülər
17 iyun 2025 , 13:47
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
17 iyun 2025 , 11:27