Ekvadorda qiyama cəhd edilib - FOTO
Lent.az-ın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, polis qiyamının qarşısını hərbçilər alıb.
Qiyam prezident Rafael Korreranın polis və hərbçilərin bəzi güzəştlərini ləğv etməsindən sonra başlayıb. Buna cavab olaraq qiyama başlayıb. Prezident isə Kito həbsxanasında gizlənib. Polis şəhər aeroportunu, bəzi binaları tutub. Prezidentin gizləndiyi xəstəxana mühasirəyə alınıb. Polis prezidentin tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edərək, onları dağıdıb. Bundan əlavə, 20 xüsusi təyinatlı polis prezidentin gizləndiyi xəstəxanaya girib.
Prezident Korrera ölkə radiosuna müsahibəsində baş verənləri dövlət çevrilişinə cəhd adlandırıb və geri çəkilməyəcəyini bəyan edib. O, həyatının təhlükədə olduğunu vurğulayıb: «Mən buradan ya prezident kimi çıxacağam, ya da mənim cəsədimi çıxaracaqlar. Mən təzyiq altında bir sənəd belə imzalamayacağam və təslim olmayacağam».
Bir qədər sonra prezidentə sadiq olan hərbçilər Korreranın gizləndiyi xəstəxananın mühasirəsini yararaq içəriyə daxil olublar. Bu zaman onlar qiyam qaldıran polis işçilərinə atəş açıblar.
Azad edilən prezident iqamətgahına dönüb və artıq xalq qarşısında çıxış edib. Ölkədə fövqəladə vəziyyət elan olunub. Peru və Kolumbiya Ekvadorla sərhədi bağlayıblar.
Bəzi məlumatlara görə, dövlət çevrilişinə cəhd zamanı atışmada 3 nəfər öldürülüb, 50-dən çox adam yaralanıb. Onların arasında ölkənin xarici işlər naziri də var.

Oxşar yazılar

Əhmədinejat öldürülüb? - Ofisi məlumat yaydı
17 iyun 2025 , 23:38
Xameneinin harada gizləndiyini bilirik, o, asan hədəfdir – Tramp
17 iyun 2025 , 21:01
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq
17 iyun 2025 , 17:47
İsrail Tehran radiosunu da vurdu
17 iyun 2025 , 16:16
Ümit Özdağ azadlığa buraxıldı
17 iyun 2025 , 15:23
İran və İsrail deyil: Ukraynadan dəhşətli görüntülər
17 iyun 2025 , 13:47
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
17 iyun 2025 , 11:27