BMT İnsan Haqları Şurası İsrail hesabatını təsdiqlədi
BMT İnsan Haqları Şurası İsrailin Qəzzaya humanitar yardım daşıyan gəmi karvanına basqını ilə bağlı istintaq hesabatını təsdiqləyib.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, İslam Konfransı Təşkilatına üzv olan 57 ölkə adından Pakistanın təqdim etdiyi hesabat 30 lehinə, 1 əleyhinə olmaqla qəbul edilib.
Hesabatda İsrailə qarşı qəsdən adam öldürmə, işgəncə, insanlıqdan kənar davranış, şüurlu şəkildə böyük əzab və ciddi yaralamaya səbəb olma ittihamları ilə cinayət işi açılması üçün sübutların olduğu bildirilir.
Qərardan məmnun qalan Türkiyə sənədin əleyhinə səs verən ABŞ və bitərəf qalan Avropa Birliyi ölkələrini qınayıb.
Xarici işlər naziri Əhməd Davudoğlu Avropa Birliyinin bu məsələdə bitərəf qalmasının qurumun mənimsədiyi insan haqları prinsipləri ilə ziddiyyət təşkil etdiyini deyib: “Dost və müttəfiq ölkələrin insan haqlarına və beynəlxalq hüquqa daha sayğılı yanaşmasını gözləyərdik. Əgər insan haqları və beynəlxalq hüquq məsələsində bitərəf qalınacaqsa, Avropa ölkələrinin nümayiş etdirdiyi bu mövqeni nəzərdən keçirmək lazımdır”.

Oxşar yazılar

Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq
17 iyun 2025 , 17:47
İsrail Tehran radiosunu da vurdu
17 iyun 2025 , 16:16
Ümit Özdağ azadlığa buraxıldı
17 iyun 2025 , 15:23
İran və İsrail deyil: Ukraynadan dəhşətli görüntülər
17 iyun 2025 , 13:47
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
17 iyun 2025 , 11:27
SEPAH-ın yeni vəzifəyə təyin olunan generalı da öldürüldü
17 iyun 2025 , 11:00
İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdu - RƏSMİ
17 iyun 2025 , 10:35