Berlində “Alman birliyinin ataları”nın abidəsinin açılışı olacaq
Bu gün Almaniyanın birləşməsinin 20-ci ildönümü ərəfəsində Berlində “Alman birliyinin ataları” abidəsinin açılışı olacaq. Lent.az-ın “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, fransız heykəltəraşı Serj Manjen tərəfindən hazırlanan abidə Helmut Kol, Mixail Qorbaçov və ata Corc Buşun tuncdan hazırlanmış büstlərindən ibarətdir.
Heykəltəraş 2002-ci ildən bu abidənin üzərində işləyir. Abidə “Axel Springer” nəşriyyat evinin binasının önündə, Rudi Duçke küçəsində, əvvəllər Berlin divarının keçdiyi yerdə ucaldılıb. Təntənəli açılış mərasimində Almaniya Federativ Respublikasının keçmiş kansleri Helmut Şmidt çıxış edəcək.
Qeyd edək ki, Almaniya 3 oktyabr 1990-cı ildə birləşib.

Oxşar yazılar

Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq
17 iyun 2025 , 17:47
İsrail Tehran radiosunu da vurdu
17 iyun 2025 , 16:16
Ümit Özdağ azadlığa buraxıldı
17 iyun 2025 , 15:23
İran və İsrail deyil: Ukraynadan dəhşətli görüntülər
17 iyun 2025 , 13:47
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
17 iyun 2025 , 11:27
SEPAH-ın yeni vəzifəyə təyin olunan generalı da öldürüldü
17 iyun 2025 , 11:00
İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdu - RƏSMİ
17 iyun 2025 , 10:35