NATO və Avropa Birliyinin vəziyyəti qəlizdir
Belçikada avianəqliyyat iflic duruma düşüb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb aviadispetçerlərin tətilə çıxmasıdır.
Tətil bu gün də davam edəcək. “Belqoqontrol” şirkətinin rəhbərliyi bildirib ki, hələ də işçilərin tətilin səbəbini aydınlaşdıra bilməyiblər: “Biz işçilərlə görüş zamanı onların hər hansı tələbinin şahidi olmadıq. Şirkət rəhbərliyi hazırkı situasiyada hər hansı reaksiya ortaya qoymağı bacarmır”.
Hazırda Brüssel beynəlxalq aeroportu hər hansı təyyarə reysini qəbul etmir.
Qeyd edək ki, NATO və Avropa Birliyinin mərkəzi ofisləri Brüsseldə yerləşir.

613