“Məni aradan götürmək tapşırılıb”
İstefaya göndərilməzdən 10 saat əvvəl, bazar ertəsi axşamı Moskva meri Yuri Lujkov Rusiya prezidenti Dmitri Medvedevə məktub yazıbmış. Lent.az-ın verdiyi məlumata görə, məktubun mətnini “Jurnal The New Times” qəzeti dərc edib.
Yuri Lujkov məktubunda prezidenti ona qarşı qeyri-demokratik metodlarla mübarizə aparmaqda, Rusiya telekanallarında əleyhinə kampaniya təşkil etməkdə günahlandırır: “Məni aradan götürmək tapşırılıb”.
Bu gün Rusiya prezidentinin mətbuat xidməti də buna cavab olaraq açıqlama yayıb. Prezidentin mətbuat xidmətinin rəhbəri Natalya Timakova bildirib ki, Dmitri Medvedev Moskva merinin istefaya göndərilməsi barədə sərəncam imzalayarkən Yuri Lujkovun göndərdiyi məktubun məzmunundan xəbərdar olmayıb: “Ancaq məktubun məzmunu istənilən halda dövlət başçısının qərarına təsir göstərməyəcəkdi”.
Qeyd edək ki, Dmitri Medvedev seçki yolu ilə mer seçilmiş Yuri Lujkovu istefaya göndərməsini “prezidentin etimadını tükəndirməsi” ilə əsaslandırıb.
Bu gün isə səhər saat 7:50 radələrində isə Yuri Lujkov mühafizəçiləri ilə birlikdə Moskva meriyasına gəlib. O, “İnterfaks” agentliyinə müsahibəsində deyib ki, həftənin sonuna qədər meriyaya gəlib-gedəcək: “Mənə bir neçə gün lazımdır ki, şəxsi əşyalarımı, sənədlərimi toplayım. Yalnız mənə verilən mükafatlar bir neçə şkafa yığılıb”.

658