Dərman çatışmazlığı ABŞ-da edamları dayandırdı
28 sentyabr 2010 18:05 (UTC +04:00)

Dərman çatışmazlığı ABŞ-da edamları dayandırdı

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb edam prosesinin həyata keçirilməsi zamanı istifadə olunan tiopental-natriumun çatışmazlığı olub.

Bu dərman ABŞ-ın 35 ştatında iynə ilə həyata keçirilən edam prosesində istifadə olunur. ABŞ-da bu dərmanın yeganə istehsalçısı olan “Hospira İnc” şirkəti isə xammal çatışmazlığından əziyyət çəkir.

“Hospira İnc” şirkətinin nümayəndəsi Den Rozenberq deyib ki, tiopental-natriumun tədarükünü qısa müddətdə bərpa etməyə çalışırlar. Ancaq o, bu dərmanın yeni partiyasının istehsalının 2011-ci ilin yanvarından tez olmayacağını da vurğulayıb.

Yanvarın sonunda ABŞ-ın 9 ştatında zəhərli iynə ilə 17 cinayətkarın edamı planlaşdırılır. Bu ştatlar tiopental-natrium istehsal edən xarici şirkətlərdən də bu dərmanı ala bilmirlər, çünki bu şirkətlər ABŞ-ın məhsul və dərmanlara nəzarət üzrə idarəsindən (FDA) müvafiq lisenziya almayıblar.

Tiopental-natriumun tədarükü ilə bağlı problem 2010-cu ilin yazından yaranıb. “Hospira İnc” şirkəti mart ayıda Ohayo ştatının hökumətinə məktub göndərib və bu dərmandan edam zamanı istifadə edilməsindən narahatlığını çatdırıb.

Ohaya Universitetinin cərrahı Conatan Qroner qeyd edib ki, hazırda tiopental-natrium klinik təcrübədə istifadə olunmur. O hesab edir ki, bu, həmin dərmanın istehsalının dayanmasına səbəb olub. Lakin “Hospira İnc” şirkəti dərman tədarükünün dayanmasının bu tendensiya ilə əlaqədar olmadığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar