İtaliyada da çadranın qara günləri başlayır
28 sentyabr 2010 16:45 (UTC +04:00)

İtaliyada da çadranın qara günləri başlayır

Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, qanuna belə bir düzəliş edilməsi təşəbbüsü ilə hakim Xalq Azadlığı Partiyasının təmsilçisi Simon Vikari çıxış edib.

Məsələ parlamentin yuxarı palatasının gündəliyinə salınıb. Simon Vikari deyib ki, milli mənsubiyyətin qorunmasına maneçilik törətmək istəmirlər, əksinə, inteqrasiya prosesinə kömək etməyə çalışırlar: Əgər kimsə başqa ölkədə yaşayırsa, bu ölkədə qəbul edilən qanunlara hörmətlə yanaşmalıdır.

Layihədə ictimai yerlərdə insanın sifətini gizləyən ənənəvi müsəlman qadın geyimi ilə gəzməyə görə 1 ilə qədər azadlıqdan məhrumetmə, yaxud 150-300 avro cərimə nəzərdə tutulur. Xanımını çadra taxmağa məcbur edən kişini 30 min avro cərimə gözləyəcək. Əgər söhbət yetkinlik yaşına çatmayan qızan gedirsə, onu çadra taxmağa məcbur edən 60 min avrosundan keçməli olacaq.

Hələlik müzakirə mərhələsində olan qanun layihəsinin qəbul edilməsi üçün deputatların minimum 70 faizi onu dəstəkləməlidir. Bununla belə, o da məlum olub ki, əslində İtaliyada ictimai yerlərdə üzü bağlı gəzmə hələ 1975-ci ildə qadağan olunub. Amma bu qadağanın pozulmasına görə cərimə uzun müddət tətbiq olunmayıb. 2010-cu ildə İtaliya Daxili İşlər Nazirliyi bu qanunun pozulmasına görə nəzərdə tutulan məsuliyyətlə bağlı şərh verib. Az sonra polis Tunis əsilli qadını küçədə çadra ilə gəzdiyinə görə 500 avro cərimələyib.

Qeyd edək ki, Fransa ictimai yerlərdə çadra və niqabla gəzilməsini qadağan edən zaman buna ilk dəstək verənlərdən biri İtaliyanın baş naziri Silvio Berluskoni olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar