Şimali Koreya lideri varisinə general rütbəsi verdi
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Koreya lideri Kim Çen İr 27 yaşlı kiçik oğlu Kim Çen Unu ordu generalı rütbəsi ilə təltif edib.
Şimali Koreya liderinin bacısı Kim Kyen Xi də general rütbəsi ilə təltif olunub. Şimali Koreyanın ən nüfuzlu liderlərindən olan bu xanımın Kiç Çen Una hakimiyyətinin ilkin mərhələsində ciddi dəstək verəcəyi gözlənilir. Çünki Koreya lideri hələ o qədər də təcrübəsi olmayan gənc oğluna bütün hakimiyyəti etibar edə bilməz.
Kim Çen İr özü hələlik ölkəyə rəhbərliyi davam etdirmək niyyətindədir. O, bu gün hakim Əmək Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun 1980-ci ildən bu yana keçirilən ilk iclasında partiyanın baş katibi seçilib. Pxenyandakı rəsmi şəxslər Kim Çen Unun varis təyin ediləcəyi barədə məlumatı təkzib ediblər.

Oxşar yazılar

İsrail Tehran radiosunu da vurdu
17 iyun 2025 , 16:16
Ümit Özdağ azadlığa buraxıldı
17 iyun 2025 , 15:23
İran və İsrail deyil: Ukraynadan dəhşətli görüntülər
17 iyun 2025 , 13:47
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
17 iyun 2025 , 11:27
SEPAH-ın yeni vəzifəyə təyin olunan generalı da öldürüldü
17 iyun 2025 , 11:00
İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdu - RƏSMİ
17 iyun 2025 , 10:35
Təbrizdə iki partlayış baş verdi
17 iyun 2025 , 09:55