İran Mehabadın intiqamını alır
27 sentyabr 2010 19:34 (UTC +04:00)

İran Mehabadın intiqamını alır

0
İran ötən həftənin çərşənbə günü Mehabad şəhərində hərbi parad zamanı baş verən və 12 nəfərin ölümünə, 80 nəfərin yaralanmasına yol açan olayı törədənləri tapmaq üçün hərəkətə keçib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün İran təhlükəsizlik qüvvələri İraq sərhədini keçib.

Əməliyyatların hədəfi Şimali İraqda PKK terror təşkilatının İran qolu olan PEJAK-dır. İran İslam İnqilabını Mühafizə Korpusunun komandanlarından general Abdülresul Mahmudabadi İraqda aparılan əməliyyatda 30 silahlının öldürüldüyünü bildirib. O, əsgərlərdən qaçan 2 nəfərin də izində olduqlarını söyləyib.

İran baş verən olayla bağlı separatçı kürd qruplarını günahlandırır və bu qrupların ABŞ və İsrail tərəfindən dəstəkləndiyini iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 767

Oxşar yazılar