ABŞ-ın ən böyük və ən nüfuzlu kilsəsi seks qalmaqalı ilə silkələndi
27 sentyabr 2010 22:13 (UTC +04:00)

ABŞ-ın ən böyük və ən nüfuzlu kilsəsi seks qalmaqalı ilə silkələndi

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, 1990-cı ildə Atlanta şəhərində qurulan, “Club Nyu Birth” adıyla tanınan, hazırda dünyanın 170 ölkəsində şəbəkəsi olan kilsənin ən tanınmış keşişin olan Eddie Lonqun gənc müridlərlə homoseksual əlaqəyə girdiyi məlum olub.


Kilsənin gənclik qolunun üzvü olan 4 gənc oğlan bildirib ki, 57 yaşlı keşiş onlarla zorla cinsi əlaqəyə girib. Gənclər keşişi məhkəməyə verirlər. Açıqlamada qeyd olunur ki, Eddie Lonq tərəfindən xüsusi olaraq seçilən gənclərin iştirak etdiyi “LongFellovs” Gənclik Akademiyasında əslində seks ayinləri təşkil olunur. Bu Akademiyada gənclərə zinət əşyaları və “Rolex” saatları verilir.


Eddie Lonq isə iddianı təkzib edib və özünün homoseksualizmə çarə axtaran bir din adamı olduğunu dilə gətirib.


Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Corc Buş və bir çox başqa siyasətçilərlə yaxın münasibəti ilə seçilən Eddie Lonq homoseksualların bu xəstəlikdən sağalmasına kömək edən dini ayinlər təşkil edib.


Nyu Birth Missionary Babtist Kilsəsi ABŞ-ın dini və iqtisadi təsirinə görə ən böyük kilsəsi sayılır. Təkcə Atlant şəhərində kilsənin 25 min üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783

Oxşar yazılar