Moskvada məscid əleyhdarları etiraz əlaməti olaraq ağac əkiblər
Moskvanın Tekstilşik rayonunun və Ryazansk prospektinin 50 sakini məscid tikintisinə etiraz olaraq bu məqsədlə ayrılmış yerdə ağac əkmə kampaniyası keçiriblər. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Voljsk bulvarı yaxınlığında 15 ağcaqayın tingi basdırıblar.
Bunu parkın ilk ağacları adlandıran məscid əleyhdarları oktyabrın əvvəlində parkın layihəsini Moskva meriyasına təqdim edəcəklər. Milis aksiya iştirakçılarına mane ola bilməyib, çünki sakinlər ağac əkmənin qanun pozuntusu olmadığını bildiriblər.
Qeyd edək ki, sentyabrın 12-də Voljsk burlarında məscid tikintisinə etirazla bağlı 800 nəfərin iştirakı ilə mitinq keçirilib. Sakinlər deyiblər ki, hakimiyyət məscidə böyük ərazi ayırıb, ancaq yerli əhali park, avtomobil dayanacaqları və mağaza yerləri ilə bağlı ciddi problemləri var. Aksiya zamanı tatar icmasının nümayəndələri də əraziyə gəliblər. Sakinlərin səhər tezdən mollanın azan verib-verməyəcəyi ilə bağlı suallarına cavab olaraq deyiblər ki, əlbəttə, səhərlər azan olacaq. Onlar vurğulayıblar ki, sakinlər səs salıb, sonra sakitləşəcəklər. Sakinlərin iddiası isə budur ki, hərəkətlərinin əsasında ksenofobiya, yaxud siyasi motivlər durmur, sadəcə, məişət problemlərinin artacağından qorxurlar.
“Komsomolskoy pravdı” qəzeti yazıb ki, bir neçə il əvvəl bu yerdə kilsə tikintisi planlaşdırılıb, ancaq yeraltı kommunikasiya xətlərinə görə tikinti mümkünsüz olub.

Oxşar yazılar

İsrail Tehran radiosunu da vurdu
17 iyun 2025 , 16:16
Ümit Özdağ azadlığa buraxıldı
17 iyun 2025 , 15:23
İran və İsrail deyil: Ukraynadan dəhşətli görüntülər
17 iyun 2025 , 13:47
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
17 iyun 2025 , 11:27
SEPAH-ın yeni vəzifəyə təyin olunan generalı da öldürüldü
17 iyun 2025 , 11:00
İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdu - RƏSMİ
17 iyun 2025 , 10:35
Təbrizdə iki partlayış baş verdi
17 iyun 2025 , 09:55