Rumıniyada polislərin qiyamı prezidenti hövsələdən çıxardı
27 sentyabr 2010 09:34 (UTC +04:00)

Rumıniyada polislərin qiyamı prezidenti hövsələdən çıxardı

0
Ötən həftənin cümə günü əmək haqlarının azaldılmasına və ixtisarlara etiraz edən polislərin prezident rezidensiyasını mühasirəyə alaraq aksiya keçirmələri, binanın həyətinə boş butulka atmaları Rumıniya prezidenti Trayan Baseskunu hövsələdən çıxarıb.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Trayan Basesku dövlət başçısını qorumaq üçün ayrılmış polis mühafizəsindən imtina edib.

Prezident dövlət televiziyasında çıxışında deyib ki, ölkədə qayda-qanunu qorumalı olan polislər öz adlarını rüsvay ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 711

Oxşar yazılar