Fəlstinlilər danışıqların başlanmasını bəyənir
Sentyabrda İsraillə Fələstin arasında başlanan danışıqlar dünyanın bu bölgəsində əmin-amanlığın olmasına qarşı çıxanlara ciddi dərslərdir. Düzdür, belə qüvvələr bu cür danıqıları mənasız sayır. Ancaq bütün hallarda bu danışıqlar Fəlstinin müstəqilliyi yolunda atılan addımlardır.
Lent.az-ın məlumatına görə, Qüdsdəki KİV və əməkdaşlıq mərkəzi fələstinli rəsmilərlə yəhudi dövlətinin təmsilçiləri arasında keçirilən danışıqlar və bu kimi məsələlərlə bağlı rəy sorğusu keçirib. İordan çayının Qərb sahili və Qəzza zolağından bu sorğuya 1200 respondent qatılıb.
Rəyi soruşunlan Fələstin sakinlərinin 54,3 faizi əmindir ki, danışıqlar masası araxısnda müzakirələrin yenidən başlanması fələstinlilərin xeyrinədir. Bununla belə respondentlərin 58,8 faizinin qənatəincə, Fələstin Muxtariyyatının rəhbərləri danışıqları güclü beynəlxalq basqı altında bərpa edib.
Rəyi sorşunlan fələstinlilərin 34,2 faizi danışıqların uğurlu sonluğuna inandığı halda, 55,7 faiz yaranmış şəraitdə siyasi proseslərin vəziyyəti dəyişəcəyinə inanmır.
Respondentlərin 25,7 faizi işğal altında olan torpaqların silahlı müqavimət yolu ilə azad ediləcəyini söyləib. Rəyi soruşulanların 52 faizi bu yaxınlarda 4 fələstinlinin öldürülməsini “Fələstin məsələsinə zərbə” kimi dəyərləndirib.
Sorğu zamanı muxtariyyatda nisbətən tanınan siyasətçi kimi Fələstin hökumətinin sədri Mahmud Abbasın adı çəkilsə də, rəyi soruşulanların cəmi 19 faizi onu dəstəklədiyini bildirib. İkinci yerdə “Həmas” lideri İsmayıl Həniyə gəlir. Soinrakı yerləri isə “Tənzim” qrupunun başçısı Marun Bərquti və muxtariyyatın baş naziri Salam Fəyyad tutub.
Soorğuda iştirak edənlərin 40,7 faizi Abbasın FƏTH təşkilatına inandığını bildirib. Bu, 2010-cu ilin apreli ilə müqayisədə 4 faiz çoxdur. “Həmas” ondan önəmli dərəcədə geri qalaraq, 13,2 faiz səs alıb. Bundan başqa respondentlərin 30 faizi heç bir siyasi hərəkata inanmadığını bildirib.
Rəyi soruşulanların 53,9 faizi Mahmud Abbasın przedent səlahiyyətlərini icrasından razıdır. Baş nazir Salam Fəyyada inam əmsalı da artaraq, 50 faiz olub. Fələstin Muxtariyyatı rəhbərlərinə münasibətin belə müsbət dəyişməsi təhlükəsizlik sahəsində vəziyyətin yaxşılaşdırılması göstərilir.
Sədrəddin Soltan

799