Rəfsəncani hakimiyyət qurumlarına inanmır
Ölkənin siyasi və hakimiyyətdəki aparıcı liderlərindən biri, keçmiş prezident, Dini Ekspekrtlər Şurasının sədri, Məsləhət Şurasının başçısı Ələkbər Haşimi-Rəfsəncani ötən ilki prezident seçkisindən sonra bu siyasi kampaniyanın rəsmi nətiəcələrinə etiraz zamanı tutulumuşların ailə üzvləri ilə görüşüb. Lent.az-ın “Araztm”a istinadən məlumatına əsasən, Rəfsəncani siyasi məhbusların yaxınlarına bildirib ki, onları narahat edən məsələləri İranın ali rəhbəri ayətulla Xamneyi ilə görüşdə ona çatdıracaq.
Rəfsəncaninin rəsmi veb saytı bu barədə məlumat verərək bildirib ki, o, siyasi məhbuslrın ailələri ilə 3 saat yarımlıq görüş keçirib və bu görüşdə məhbusların işlərinə ədalətli baxılacağını ümid edərək, həbsxanalarda məhbusların hüquqlarının qorunmasını tələb edib. Rəfsəncani görüş zamanı məhbusların ailə üzvlərinə deyib : “Sizin istəklərinizi məsələ ilə bağlı uyğun qurumlara çatdırsam da, münasib cavab əldə edilməyəcək. Bəlkə də bu müraciət əks nəticə verər”.
Ona görə də o,s iyasi məhbusların istəklərini birbaşa ayətulla Xamneyiyə çatdıracağını boyun olub.
Xatırladaq ki, ailə üzvləri ölkənin hüquq mühafizə orqanlarının siyasi məhbuslarla pis davranmasına və savxlanıldıqları şəraitin dözülməzliyinə etiraz edərək bildiriblər ki, məhbusların hüquqları bir çox sahələrdə pozulur. Məsələ ilə bağlı 220 siyasi və ictimai fəal bəyanat verərək, siyasi məhbusların hüquqlarının pozulmasına etiraz ediblər. Onlar hüquq mühafizə orqanlarını qanunlara əməl etməyə və siyasi məhbusları azadlığa buraxmağa çağırıblar.
İran hüquq mühafizə orqanlarının bildirdiyinə görə, son prezident seçkisindən sonra ölkədə minlərlə siyasi fəal həbs olunub. Onların bir hissəsi azadlığa buraxılsa da, hələ də zindanlarda çoxlu sayda siyasi məhbus saxlanılmaqdadır. Beynəlxalq hüquq müdafiəçiləri də insanları siyasi əqidələrinə görə həbs etməyi ciddi şəkildə pisləyərək, onların azadlığa buraxılmasını tələb edib.
Sədrəddin Soltan

680