“Ded Xasan” evə buraxıldı
Kriminal dünyada daha çox “Ded Xasan” ləqəbi ilə tanınan “qanuni oğru” Aslan Usoyan xəstəxanadan evə buraxılıb. Lent.az-ın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bir neçə gün öncə ağır yaralanan Usoyan Botkinsk xəstəxanasından buraxılıb və müalicəsini evində ambulator şəraitdə davam etdirəcək. Buna baxmayaraq, ən yaxşı həkimlər hər gün onu ziyarət edərək, “kriminal xəstənin” sağalması üçün bütün lazım olan prosedurları həyata keçirəcəklər.
Botkinsk xəstəxanasında işləyən anonim mənbə Usoyanın vəziyyətinin artıq böhran həddini keçdiyini vurğulayıb: “O, özünə gəlib. “Ded Xasan” xəstəxanaya gətirilən gündən milis işçiləri və onun şəxsi mühafizəçiləri 24 saat ərzində xəstəxanada keşik çəkirlər. Xəstəxanaya elə-belə girmək və çıxmaq mümkün deyil. Xəstələr xəstəxanaya gəlməkdən qorxurlar! Mənzərəni təsəvvür edin – reanimasiya qapısı yaxınlığında həkim, əlində avtomat olan Federal Təhlükəsizlik Xidməti əməkdaşı və cinayətkar ünsür bir yerdə çay içirlər. Əslinə qalsa, xəstəxananın mühafizəçiləri belə növbələrdən beziblər – həm xəstələrə nəzarət etmək lazımdır, həm də Usoyanın əlaltılarına. Buna görə də, “Ded Xasan”ın vəziyyəti yaxşılaşan kimi həkimlər onu evində ambulator müalicəyə keçirdilər”.
Xatırladaq ki, Aslan Usoyana sui-qəsd sentyabrın 16-da həyata keçirilib. O, Tver küçəsindəki evin girişinə yaxınlaşanda, qonşu binadan ona atəş açılıb. 73 yaşlı “qanuni oğru” qarnından, onun mühafizəçisi isə sinəsindən və sağ çiynindən yaralanıb. Sonradan mühafizəçi xəstəxanada keçinib. Usoyan isə Botkinsk xəstəxanasında əməliyyat olunub.

Oxşar yazılar

Almaniya kanslerindən qəribə iddia: Zelenski və Putin görüşməyəcək
28 avqust 2025 , 23:18
"Tanrıların hədiyyəsi" tapıldı - Bu nədir?
28 avqust 2025 , 17:45
"Labubu"nun yaradıcısı azərbaycanlı milyarderi geridə qoydu
28 avqust 2025 , 15:53
Çoxlu "miyoldayan" pişiyin sahibəsi cərimələndi
28 avqust 2025 , 15:37
İki ildir yuxusuz qalan adam nələr danışdı? - Hətta "narkoz"da da yatmır
28 avqust 2025 , 12:40
Prezidentə daş atan saxlanıldı
28 avqust 2025 , 12:25
Məhəmməd adı Avropada getdikcə populyarlaşır - STATİSTİKA
27 avqust 2025 , 13:44