Əfqan qadınlar hərbi xidmətə başlayır - FOTO
24 sentyabr 2010 10:41 (UTC +04:00)

Əfqan qadınlar hərbi xidmətə başlayır - FOTO

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, artıq 30 qadın təntənəli hərbi mərasimlə xidmətə başlayıb. Onlar əsasən Əfqanıstanın Müdafiə Nazirliyində işləyəcək və adminstrativ vəzifələri tutacaqlar.

Qeyd edək ki, sosializm dövründə əfqan qadınlarının ordudakı payı xeyli yüksək olub. Ölkədə Taliban hərəkatının hakimiyyətə gəlməsindən sonra bu ənənəyə son qoyulub.

Hazırda Əfqanıstanın 300 minlik ordusu var. Bundan başqa, burada 150 minlik beynəlxalq qüvvələr də xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759

Oxşar yazılar