Əhmədinijat «sərhədsiz savaş»dan danışır
Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, «altılıq» İran prezidenti Mahmud Əhmədinijata nüvə proqramı ilə bağlı danışıqlara başlamağı təklif edəcək.
ABŞ Dövlət Departamentinin təmsilçisi Filipp Krouli deyib ki, Vaşinqton konstruktiv danışıqlar üçün Tehranı maraqlandırmağa hazırdır.
Əhmədinijat isə Nyu-Yorkda jurnalistlərə müsahibəsində bildirib ki, Tehran nüvə silahı ilə bağlı beynəlxalq normaları pozmayıb: «İranın nüvə obyektlərinə hücum sərhədsiz savaşın başlamasına təhrik ola bilər».
«Daily Telegraph»-ın yazdığına əsasən, prezident Əhmədinijatla görüşdə jurnalistlər onun «Holokostda baş vermiş soyqırıma» münasibətini də soruşublar. Prezidentin budəfəki cavabı da əvvəlkilərdən fərqlənməyib. Xatırladaq ki, «İsrail bir dövlət kimi dünya xəritəsindən silinməlidir» - deyən, İran prezidenti Holokost soyqırımının uydurma olduğunu bəyan edir.
«ABŞ heç vaxt, nə Vyetnamda, nə Əfqanıstanda, nə də İkinci Dünya Savaşında gerçək müharibəyə girişməyib» - deyə İranın hökumət başçısı söyləyib. Onun sözlərinə görə, İranın nüvə obyektlərinə ABŞ-ın dəstəyi ilə İsrailin istənilən hücumu dəf ediləcək: «Savaş – hansı bir yerin bombalanması demək deyil. O başlayanda sərhəd tanımır».
Sədrəddin Soltan

Oxşar yazılar

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16