Ermənistanın baş naziri Tehrana gedir
Bu ziyarət zamanı iki ölkə arasında azad ticarət zonasının açılışı ilə bağlı müqavilənin imzalanacağı planlaşdırılıb.
Lent.az-ın «ARKA»-ya istinadən məlumatına görə, İranın Ermənistandakı səfiri Seyidəli Saqaian bu haqda deyib: «Bununla bağlı sənəd ötən il Ermənistan prezidenti Serj Sarkisyanın Tehrana səfərində paraflanıb. Bundan sonra mütəxəssislər sənəd üzərində işləməyə başlayıb».
O, erməni baş nazirin İslam Respublikasına səfərinədək həmin müqavilə üzərində işlərin başa çatacağına və ziyarət çərçivəsində imzalanacağına ümidvar olduğunu da vurğulayıb.
Mənbənin məlumatına əsasən, cari ilin ilk 7 ayında İranla Ermənistanın ticarət əlaqəsi 32.4 faiz artıb, bu isə ötən ilin uyğun dövrü ilə müqayisədə 113 milyon dollar artım deməkdir.
Ermənistandan İslam Respublikasına ixracat 13,2 faiz (Ermənistanının ümumi ixracatının 2,6 faiz) təşkil edib. Bu isə yuxarıda qeyd etdiyimiz dövrlə müqayisədə 0,1 faiz artımdır.
İran istehsalı olan mallarının Ermənistana ixracı isə 2009-cu ilin yanvar-iyul dövrü ilə müqayisədə 38,3 faiz artaraq, 99,8 milyon dollar təşkil edib.
Sədrəddin Soltan

Oxşar yazılar

SON DƏQİQƏ: Ukrayna kütləvi dron və raket hücumuna məruz qaldı
17 iyun 2025 , 04:21
Trampdan qorxulu çağırış - “Hər kəs Tehranı dərhal tərk etməlidir”
17 iyun 2025 , 02:54
SEPAH: İran səhərə qədər İsraili vuracaq
17 iyun 2025 , 01:40
İrandan İsairlə növbəto raket zərbəsi
16 iyun 2025 , 23:59
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 20:54
İsrail İranın Dövlət Televiziyasının binasını vurdu
16 iyun 2025 , 19:18
Əkrəm İmamoğlu hakim qarşısına çıxdı: 2 aydan sonra ilk dəfə göründü
16 iyun 2025 , 14:59