Ermənilər Qarsda məscidi kilsəyə çevirməyə çalışacaqlar
Ermənilər Türkiyədə, azərbaycanlıların sıx yaşadıqları Qars şəhərində məscidi kilsəyə çevirmək üçün hərəkətə keçiblər. Lent.az-ın “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, artıq Qarsda ermənilərin Arakelots kilsəsi adlandırdıqları məsciddə dini mərasim keçirmək üçün Türkiyə Nazirlər Kabinetindən icazə alınmasına müvafiq müraciət olunub və proses başlayıb.
Türkiyə Turizm Nazirliyinin Qarsdakı səlahiyyətli nümayəndələrindən biri “Novosti Armeniya”ya açıqlamasında deyib ki, Qarsda turizmin inkişafı üçün yerli əhali məscidin ildə bir dəfə kilsə kimi ibadətə açılmasını istəyir.
O, Van gölündəki Akdamar adasında yerləşən kilsənin az əvvəl ildə bir dəfə ibadətə açılması nəticəsində çoxlu sayda erməni turistin bölgəyə axışmasından sonra bu məsələnin gündəmə gəldiyini bildirib.
Qeyd edək ki, məscid tarixi Qars qalasının ətrafında yerləşir. Ermənilər Qarsı da “Böyük Ermənistan”ın tərkib hissəsi sayırlar.

Oxşar yazılar

Fətullah Gülənin əmisi oğlu saxlanıldı
17 iyun 2025 , 05:43
SON DƏQİQƏ: Ukrayna kütləvi dron və raket hücumuna məruz qaldı
17 iyun 2025 , 04:21
Trampdan qorxulu çağırış - “Hər kəs Tehranı dərhal tərk etməlidir”
17 iyun 2025 , 02:54
SEPAH: İran səhərə qədər İsraili vuracaq
17 iyun 2025 , 01:40
İrandan İsairlə növbəto raket zərbəsi
16 iyun 2025 , 23:59
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 20:54
İsrail İranın Dövlət Televiziyasının binasını vurdu
16 iyun 2025 , 19:18