ABŞ və İran gizli danışıqlara başlayıblar
23 sentyabr 2010 10:52 (UTC +04:00)

ABŞ və İran gizli danışıqlara başlayıblar

Lent.az-ın “Haarets” qəzetinə istinadən verdiyi məlumata görə, bunu adının çəkilməsini istəməyən amerikalı mənbə bildirib.

Hər iki dövlətin yüksək vəzifəli məmurlarının iştirak etdiyi danışıqlar BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında keçirilir. Diplomatik əlaqələrin qurulması təşəbbüsü ABŞ-a məxsusdur. O da məlumdur ki, İran danışıqlar zamanı casusluqda ittiham edilərək 6 ay İran həbsxanasında saxlanılan amerikalı turist qadın Sara Şurdun azad edilməsinə görə “mükafat” tələb edib.

“Haarets” onu da bildirir ki, danışıq iştirakçıları arasında BMT Baş Assambleyasının işində iştirak etmək üçün Nyu-Yorka gedən İran prezidenti Mahmud Əhmədinejadın yaxın adamları var. Əhmədinejad ötən həftə bəyanatla çıxış edərək bildirib ki, ABŞ Sara Şurdun azad edilməsinə cavab olaraq bir neçə iranlı məhbusu azad edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar