Tacikistanda qanlı döyüşlər gedir
Tacikistan ordusunun Rəşt rayonunda keçirdiyi əməliyyat zamanı 5 silahlı öldürülüb. Lent.az-ın “ferqana.ru” saytına istinadən verdiyi məlumata görə, öldürülən silahlılar Birləşmiş Tacikistan Müxalifətinin keçmiş səhra komandiri Mirzəxuc Əhmədovun qruplaşmasına daxildirlər.
Mirzəxuc Əhmədovun öldürülüb-öldürülmədiyi məlum deyil. “ferqana.ru” saytı Qarma sakinlərinə istinadən yazıb ki, Mirzəxuc Əhmədovun evinə raket zərbəsi endirilib. Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin məlumatında bildirilir ki, qanunsuz silahlı qrupun rəhbərinin evindən 6 avtomat, 3 qumbaraatan, patron və partlayıcılar aşkarlanıb.
“İnterfaks” agentliyi isə Tacikistan Dövlət Televiziyasına istinadən məlumat yayıb ki, Mirzəxuc Əhmədovun dəstəsinin 5 üzvü saxlanılıb və onların paytaxt Düşənbəyə göndərilməsi planlaşdırılır.
Ordunun apardığı əməliyyatda əsas məqsəd Molla Abdulla Rəhimovu ələ keçirmək, yaxud məhv etməkdir.
Qeyd edək ki, sentyabrın 19-da Tacikistanın cənubunda Qram qəsəbəsində molla Abdulla Rəhimovun dəstəsi hərbi kolonu pulemyot və qumbaraatanlardan atəşə tutub. Rəsmi məlumatlara görə, nəticədə 25 hərbçi həyatını itirib, 14 hərbçi yaralanıb. Qeyri-rəsmi məlumatlarda 40 hərbçi həyatını itirdiyi bildirilir. Molla Abdulla Rəhimov 1997-ci ildə başa çatan vətəndaş müharibəsindən sonra silahı yerə qoymaqdan imtina edən səhra komandirlərindən biridir. Molla Abdulla Rəhimov Əfqanıstanda “Taliban” silahlıları ilə birgə də döyüşüb, NATO hərbçilərini əsir götürsə də, sonra azadlığa buraxıb.

Oxşar yazılar

Fətullah Gülənin əmisi oğlu saxlanıldı
17 iyun 2025 , 05:43
SON DƏQİQƏ: Ukrayna kütləvi dron və raket hücumuna məruz qaldı
17 iyun 2025 , 04:21
Trampdan qorxulu çağırış - “Hər kəs Tehranı dərhal tərk etməlidir”
17 iyun 2025 , 02:54
SEPAH: İran səhərə qədər İsraili vuracaq
17 iyun 2025 , 01:40
İrandan İsairlə növbəto raket zərbəsi
16 iyun 2025 , 23:59
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 20:54
İsrail İranın Dövlət Televiziyasının binasını vurdu
16 iyun 2025 , 19:18