Terrorçular interneti ələ keçiriblər
Beynəlxalq Polis Təşkilatı (“İnterpol”) radikal qrup və təşkilatların tərəfdarlarına aid saytların sayında güclü artımın qeydə alındığını açıqlayıb.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, “İnterpol” rəhbərliyində yer alan Ronald Noble deyib ki, terror təşkilatları üçün tərəfdar və döyüşçü toplayan, terrorçu qruplar arasında əlaqələr quran saytların sayının sürətlə artması dünya üçün yeni və çox təhlükəli bir haldır.
Ronald Noble nəzərə çatdırıb ki, 1998-ci ildə belə saytların sayı 12 olsa da, 2006-cı ildə 4500-ə, hazırda isə 10 minə çatıb: “Təhdid qloballaşdı, virtual aləmə yerləşdi və qapımıza çatdı. İnternet üzündən indi cəmiyyətlərdə radikalizm meylləri azaltmaq əvvəlkinə nisbətən daha çətindir. Radikal siyasi baxış və terror aktlarını müdafiə edən bu saytların hədəfi əsasən gənc və orta sinifdən olan insanlardır. Xüsusən terror təşkilatı liderlərinin çıxışları yer alan video və mesajlar çox qısa müddət ərzində sayı minlərlə olan bu saytlarda yayılır”.

Oxşar yazılar

Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı-YENİLƏNİB-1
16 iyul 2025 , 07:43
Sərxoş kişi sərnişinləri olan avtobusu qaçırdı
16 iyul 2025 , 07:08
Husilər İsrailə zərbələr endirdi
16 iyul 2025 , 05:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36