«İran atom silahı əldə etsə, tarix liderləri mühakimə edəcək»
Lent.az-ın beynəlxalq informasiya kanallarına istinadən məlumatına görə, İsrailin müdafiə naziri Ehud Barak «Fox» telekanalına müsahibəsində deyib ki, İran iki il ərzində nüvə bombası əldə edə bilər. «İranın nüvə proqramı ilə bağlı problemin indiki dövlət başçıları tərəfindən həllini tarix mühakimə edəcək» - nazir söyləyib.
ABŞ-a yeni silahlar almaq üçün səfər edən Barak ABŞ-ın dövlət katibi Hillari Klintonla da görüşüb.
Yəhudi nazirin sözlərinə görə, İranla bağlı təhlükə yalnız İsrail və ABŞ deyil, bütünlükdə beynəlxalq ictimaiyyəti rahatsız etməlidir. O, İran prezidenti Mahmud Əhmədinijatın hədələrindən ehtiyatlanmağı lüzumsuz saymaqla yanaşı, deyib: «Bununla belə, əllərimizi qoynumuza qoyub, oturmamalıyıq».
İslam Respublikasına qarşı sanksiyalardan danışan E.Barak bunun səmərəsinin yetərli olacağına şübhə etdiyini söyləyərək, qeyd edib ki, Tehrana qarşı istənilən üsulun tətbiqindən də imtina etmək olmaz: «Düzdür, sanksiyalar müəyyən təsir göstərir. Amma İran üçün elə fərqi yoxdur, o, vaxtı uzatmaqla məşğuldur. Onlar iki ilə nüvə başlığı yarada bilər».
Müdafiə naziri onu da qeyd edib ki, İsrail təhlükəsizliklə bağlı təminat verilməsini gözləyir, bununla yanaşı, hərbi-texniki sahədə yəhudi dövlətinin qonşu ölkələrdən üstün olmasında ABŞ-ın yardım etməsini arzulayır.
Sədrəddin Soltan

Oxşar yazılar

SON DƏQİQƏ: Ukrayna kütləvi dron və raket hücumuna məruz qaldı
17 iyun 2025 , 04:21
Trampdan qorxulu çağırış - “Hər kəs Tehranı dərhal tərk etməlidir”
17 iyun 2025 , 02:54
SEPAH: İran səhərə qədər İsraili vuracaq
17 iyun 2025 , 01:40
İrandan İsairlə növbəto raket zərbəsi
16 iyun 2025 , 23:59
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 20:54
İsrail İranın Dövlət Televiziyasının binasını vurdu
16 iyun 2025 , 19:18
Əkrəm İmamoğlu hakim qarşısına çıxdı: 2 aydan sonra ilk dəfə göründü
16 iyun 2025 , 14:59