Çin enerji daşıyıcılarına görə İrandan asılılığını şişirdir
30 iyul 2010 14:00 (UTC +04:00)

Çin enerji daşıyıcılarına görə İrandan asılılığını şişirdir

Atom-nüvə proqramındakı qeyri-şəffaflığa görə, İrana qarşı qəbul olunan qətnamələrin nəticə verməsi üçün BMT-yə üzv olan dövlətlərin bu sənədi qanunverici orqanda təsdiqləməsi vacib şərtlərdəndir.

ABŞ, Kanada, Avropa Birliyi ölkəlinin ardınca Avstraliya hökuməti də İslam Respublikasına qarşı sanksiyaları sərtləşdirib.

Ölkənin xarici işlər naziri Stiven Smit bu haqda məlumat verərək, deyib ki, bu qərar İranın Avstraliyadakı yüzə yaxın şirkətinə, eləcə də İslam Respublikasındakı əks tərəfin firmalarına, özəlliklə neft –qaz sənayesində fəaliyyət göstərən Avstraliya müəssisələrinə şamil ediləcək.

Həmin yasağa əsasən, İrana ikili məqsədli(hərbi və mülki) malların satılması qadağandır. Nazir rəsmi Kanberranın kütləvi qırğın silahının yayılmasına qarşı olduğunu vurğulayaraq, deyib ki, başqa dövlətlər kimi Avstraliya da rəsmi Tehrandan nüvə proqrammı ilə bağlı götürdüyü öhdəliyə əməl edəcəyini gözləyir.

Qeyd edək ki, Avropa Birliyi Tehranı danışıqlar masasına oturmağa çağırıb. Bu sayaq məsələdə Qərblə İran arasında vasitəçiliyə çalışan Türkiyə hökuməti isə ötən gün bildirmişdi ki, İslam Respublikası Orucluqdan sonra atom-nüvə məsələsinə dair müzakirələrə başlaya bilər.

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına əsasən, İranın atom enerjisi üzrə təşkilatının sədri Əliəkbər Salehi bildirib ki, onlar Tehrandakı araşdırma reaktoru üçün yanacaq alacaqları halda, uranı 20 faizədək zənginləşdirilmiş səviyyədə saxlaya bilərlər: “Nüvə yancağı məsələsində tələbimiz ödənilərsə, uranı 20 faizədək zənginləşdirməyə ehtiyacımız yoxdur”.

Onun sözlərinə görə, Tehrandakı araşdırma reaktoruna 20 faizli 120 kiloqram nüvə yanacağı tələb olunur.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) təmsilçisi Əliəsgər Soltaniya bir neçə gün öncə ilkin şərtsiz nüvə yanacağı mübadiləsi ilə bağlı danışıqlara başlamağa hazır olduqlarını söyləmişdi.

Xatırladaq ki, ötən ilin oktyabrında AEBA Tehrana ölkədə o vaxta qədər yığılan uranın 70 faizini, 1,2 tonunu İrandan çıxarmağı təklif etmişdi. Onda İslam Respublikası bu təklifi rədd etdi.

Tehran rəsmilərinin məsələyə dair az qala hər gün yeni fikir söyləməsi, bəyanat verməsi onun atom-nüvə proqramındakı qaranlıq məqamların olduğu ehtimalını artırır.

Odur ki, rəsmi Vaşinqton qətnaməyə səs vermiş dövlətləri məsələyə dair uyğun addımlar atmağa dəvət etməkdədir. Nüvə silahının yayılmaması üzrə dövlət departamentinin xüsusi müşaviri Robert Eynhornun sözlərinə görə, Çin Xalq Respublikasının indiki mövqeyi ABŞ-da müəyyən narahatlıq yaradıb. O, əlavə edib ki, bu il avqustun sonunda maliyyə cinayətləri və terrorun maliyyələşdirilməsi üzrə maliyyə nazirinin müavini Daniel Qleyzerlə Çinə gedərək, bu problemləri müzakirə edəcəklər. Müşavir səfərdə İranla əməkdaşlıq edən şirkətlərin başqaları ilə əvəzlənməsi haqda məsələni də rəsmi Pekinə çatdıracaqlarını söyləyib. O, indiyədək Çin rəhbərləri ilə apardıqları danışıqlara toxunaraq, deyib ki, onlar adətən enerji daşıyıcılarına olan tələbatı İranın hesabına ödədiklərini bildirirlər: “Ancaq fikrimizcə, rəsmi Pekin enerji təhlükəsizliyi məsələsini çox şişirdir”.

Sədrəddin Soltan


Tehran hakimiyyəti vəhhabiliyə qarşı mübarizə aparır

Hakimiyyətin zorakılığına kütləvi müqavimət göstərmək gücündə olmayan cəmiyyət bu etirazı fərd şəklində, bacardığı kimi edir. İranda insanların xristian dinini qəbul etməsi, bəhailiyə üz tutmasının səbəblərindən biri kimi hakimiyyətə etiraz hissi də göstərilir.
İran KİV-in məlumatına əsasən, son zamanlar vəhhabilərin ölkədə fəaliyyəti güclənməkdədir.
Lent.az-ın “isra.az”-a istinadən məlumatında bildirilib ki, Orucluq ayı ərəfəsində vəhhabi missionerləri İranın Məşhəd şəhəri (İmam Rzanın məqbərəsi bu şəhərdədir) başda olmaqla ölkənin çeşidli bölgələrində öz ideoloji ədəbiyyatlarını pulsuz paylayıb, təbliğatlarının miqyasını genişləndirirlər.
Mənbənin bildirdiyinə görə, indiyə kimi vəhhabilərin yaydığı 24 cild ideoloji kitab İranın uyğun qurumları tərəfindən müsadirə edilib. Onların arasında “Tarixin ən qəribə yalanı”, “Vəd edilən Mehdimi, yoxsa xəyali Mehdi?”, “Xilafət və seçki” kitabları da var.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35