Qırğızıstanda ölənlərin sayı 17-yə çatdı
11 iyun 2010 19:15 (UTC +04:00)

Qırğızıstanda ölənlərin sayı 17-yə çatdı

20 nəfərin durumu isə ağırdır
Dünən Oş şəhərinlə qırğız və özbək gəncləri arasında başlayan dava-dalaşda ölənlərin sayı 17 nəfərə çatıb.

Lent.az-ın “Ria-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Qırğızıstan Daxili İşlər Nazirliyi 200-ə yaxın insanın xəsarət aldığı barədə məlumat yayıb.

Ölən və yaralananlara əsasən odlu silahdan atəş açılıb. Xəstəxanaya yerləşdirilmiş 20 nəfərin durumu isə ağırdır. Oş şəhərində vəziyyət hələ də gərgindir, ölkədə özbəklərlə qırğızlar arasında yeni qarşıdurma riski böyükdür. Müvəqqəti hökumət Oş, eyni zamanda özbəklərlə qırğızların birgə yaşadıqları Qarasu, Aravan, Uzgen rayonlarında fövqəladə vəziyyət elan edib. Bu bölgələrə hərbi qüvvələr göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar