Ərdoğan: “Tarix bizi bağışlamazdı”
10 iyun 2010 10:31 (UTC +04:00)

Ərdoğan: “Tarix bizi bağışlamazdı”

Türkiyənin baş naziri BMT Təhlükəsizlik Şurasının İranla bağlı qətnaməsindən danışıb

“Biz “yox” deməsəydik, özümüzü inkar etmiş olardıq. İmzalarımızı inkar etmiş olardıq, bu, qürursuz davranış olardı”.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, bunu bu gün Türk-Ərəb Əməkdaşlıq Forumu Xarici İşlər Nazirlərinin Üçüncü Sammitinin açılışında çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan söyləyib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə bu qürursuzluğu qəbul edə bilməzdi: “Çünki tarix bizi bağışlamaz”.

Türkiyənin baş naziri BMT Təhlükəsizlik Şurasının İrana embarqoların tətbiqi ilə bağlı qərarını şərh edərkən bildirib ki, Türkiyə qərarlı davranışını davam etdirəcək: “Bu gün də məsələnin diplomatik yollarla həlli istiqamətindəki səylərimiz davam edir və edəcək. Ortaya çıxan nəticəyə kimsənin başqa mənalar yükləməməsinin vacibliyini xatırlatmaq istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717

Oxşar yazılar