İran şahının çılpaq gəlini
01 sentyabr 2010 14:31 (UTC +04:00)

İran şahının çılpaq gəlini

Panirançılıq və siyasi-ideologi panfarsçılığın əsasını qoyan Rza şahı və oğlu Məhəmmədrza Pəhləvini ölkə əhalisi həm də İran cəmiyyətinin əxlaqına yaraşmayan əməllərinə görə sevmirdi. Amma bu o demək deyil ki, şəxsi həyatlarına müdaxilə etdiyinə görə ölkə əhalisi indiki hakimiyyəti çox sevir. İranda 30 ildən çoxdur belə bir məsələ məşhurdur: «Şahın zamanında namazı evdə qılıb, şərabı çöldə içirdik, indikilərin dövründə isə çöldə namaz qılıb, evdə içirik».

Bununla da 70 milyondan çox insan şahın dövründə olduğu kimi, indi də ikili həyat tərzi yaşamaqdadır.

Lent.az-ın «Mignyus»-a isttinadən məlumatında bildirilib ki, Məhəmmədrza şah Pəhləvinin nəvəsinin rus millətindən olan gəlini Natalya Anatolyevna Şimançuk «Playboy»da açıq-saçıq pozlarda şəkil çəkdirib.

Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi hazırda ABŞ-da yaşayır və özünü ciddi siyasi fiqur sayaraq, ölkə hakimiyyətinə iddiasını gizlətmir. Rza Pəhləvinin oğlu Əmir İbrahim Pəhləvi Aləm Natalya ilə 1996-cı ildə ABŞ-da tanış olub. 1998-ci ildə onlar nikaha giriblər. 2005-ci ildə isə qarşılıqlı iddia irəli sürmədən boşanıblar. Bununla belə, Nataşa indiyədək Aləmi soyadını daşıyır. Natalya Anatolyevna Şimançuk Daşkənddə anada olub. Orada Aviasiya İnstitutunu bitirib. Bir müddət Moskvada model biznesinə girişib. 5 il sonra İtaliyanın məşhur İMM agentliyi onu «ovlayır». Şah oğlu Rza Pəhləvinin keçmiş gəlini zinət əşyalarına çox meyllidir. Bu həvəsini ödəmək üçün o, kişilər üçün jurnallara fotosessiyalar verir, bir az oxuyur, bir az epizodik rolda oynayır, bir az da rəssamlıqla məşğul olur… Ehtimal etmək olar ki, bu fotolarından sonra şah gəlininin qiyməti bir az da bahalaşar.

Qeyd edək ki, şahçı siyasi xəttini təmsilçiləri Rza Pəhləvini «vəliəhd» adlandırsalar da, ciddi siyasi qüvvələr bu iddianı qəbul etmir. Onun oğlu Əmir İbrahim isə ABŞ-da doğulduğundan onun Nataşa ilə evlənməsi qeyri-adi qəbul olunmur. Bir də, Məhəmmədrza şahın ailəsindən yüngül əxlaqlı adamlar da çıxıb. Bu baxımdan, deyəsən, «gəlin Pəhləvi ocağına çəkib»...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1234

Oxşar yazılar