İranın müdafiə naziri: “ABŞ-ı vurmaq planımız yoxdur”
22 aprel 2010 14:15 (UTC +04:00)

İranın müdafiə naziri: “ABŞ-ı vurmaq planımız yoxdur”

Vaşinqton isə belə bir planın gündəlikdən çıxmadığın bildirib

İran İslam İnqilabı Keşikçiləri Qvardiyası bu gün İran körfəzində irimiqyaslı hərbi təlimlərə başlayıb. Hərbi təlim körfəz və Hörmüz boğazında 3 gün sürəcək.

Briqada generalı Hüseyn Salaminin sözlərinə görə, manevr zamanı yaxın və orta radiuslu raketlər sınaqdan çıxarılacaq. Hakimiyyət bəyan edib ki, bu təlimlə qonşu dövlətlər təhdid edilmir və boğazdan keçən neft ixracının təhlükəsizliyinin təmin edilməsi üçün
gerçəkləşdirilir.

Son günlər İranda ABŞ-ı vura biləcək raketlərin hazırlandığı barədə xəbərlər yayılıb. Vaşinqton bunu psixoloji savaşın ünsürü sayır. Lent.az-ın İRNA-ya istinadən xəbərinə görə, İslam Respublikasının müdafiə naziri Əhməd Vahidi bildirib ki, Tehran belə bir planı nəzərdə tutmayıb.

Bununla da o, Tehranın ABŞ-ı vuracağı barədə yayılan xəbərləri təkzib edib.

Xatırladaq ki, ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə köməkçisi Ceyms Miller ötən gün Senatın silahlı qüvvələr komitəsindəki dinləmələr zamanı İranın 2015-ci ildə Amerikanı vura biləcək ballistik raketlər hazırlayacağı haqda xüsusi xidmət orqanlarının məlumatını təsdiqləyib.

İranın müdafiə nazirin sözlərinə görə, ölkəsi Hava Hücumundan Müdafiə sisteminin yaradılması planı üzərində işləyir. Raket və radar birləşdirilmiş bu sistemdə İslam Respublikasının havadan müdafiə təmin ediləcək. 40 km uzaqlığında, 20 km hündürlüyündəki hədəfi vurmaq qabiliyyətinə malik raketlərin düzəldiləcəyi istisna olunmur.

Pentaqon başçısının müavini Mişel Flurn ötən gün bildirmişdi ki, yaxın perspektivdə İrana qarşı hərbi müdaxilə məsələsinə heç baxılmır. Qurumun mətbuat katibi Gof Morrell məsələni dəyərləndirərkən, deyib: “Bu heç vaxt gündəlikdən çıxarılmayıb”. Onun sözlərinə görə, Vaşinqton İranla mövcud münaqişənin danışıqlar və diplomatik yolla həllinə üstünlük verir. Ancaq indiyə kimi İslam Respublikası Qərbin təkliflərinə müsbət cavab verməyib. “Odur ki, ABŞ Tehrana qarşı təzyiqlərin artırılması mövqeyindən çıxış edir - məsələn, BMT Təhlükəsizlik Şurasının səmərəli sanksiya qəbul olunması” - deyə, mətbuat katibi söyləyib.

Morrell qeyd edib ki, İranla müharibə heç kimə lazım deyil, amma bu, İslam Respublikası ilə mövcud problemlərin güc yolu ilə həllini istisna etmir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03