Gürcüstanda uran qaçaqmalçıları tutulub
“Son on ildə bu, nüvə silahı üçün uranın satışına 8-ci cəhddir”
Beynəlxalq ictimaiyyəti narahat edən başlıca məsələlərdən biri atom silahının terrorçu qrupların əlinə keçməsidir. Bu günlərdə ABŞ-ın müdafiə naziri Robert Geyts ölkə telekanallarına müsahibəsində bildirib ki, onlar İranın atom silahı əldə edə bilməyəcəyi qənaətindədirlər: “Biz belə hesab edirik ki, onlar hələ nüvə silahı əldə etməyə qadir deyillər”. Dövlət katibi Hillari Klinton onu söylədiklərini təsdiqləyərək, bildirib ki, İslam Respublikasının atom silahı əldə etməməsi Vaşinqtonun əsas hədəfidir: ““Soyuq savaş”dan qalma nüvə müharibəsi təhlükəsi artıq azalıb. Ancaq nüvə terrorçuluğu təhlükəsi qalmaqdadır”.
Bu sayaq rahatsızlıq əsassız deyil. Son zamanlar uran qaçaqmalçılığına dair xəbərlər yayılmaqdadır.
Lent.az-ın İngiltərədə çıxan “The Guardian” qəzetinə istinadən məlumatına görə, Gürcüstanın təhlükəsizlik orqanları yüksək səviyyədə zənginləşdirilmiş uranın “qara bazar”da satılmasının qarşısını alıb. Ölkənin təhlükəsizlik qurumunun təmsilçisi deyib ki, hələ bu ilin martında 70 faiz zənginləşdirilmiş uranı satmaq istəyən şəxslə təmasa giriblər. Müsadirə olunmuş uranın laborator analizi yaxın günlərdə başa çatacaq, bununla belə mütəxəssislər hesab edir ki, ondan bəsit nüvə silahı hazırlamaq mümkündür.
Qəzetin yazdığına görə, Gürcüstan təhlükəsizlik orqanları qaçaqmalçıların əlində olan uranının cüzi hissəsini müsadirə edib, nüvə texnologiyasında istifadə olunan materialların böyük hissəsi hələ də belə cinayət qruplardadır. Uranın mənşəyi və qaçaqmalçıların adları hələ açıqlanmır. “Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, son on ildə bu, nüvə silahı üçün uranın satışına 8-ci cəhddir” - deyə, “The Guardian” yazıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano BBC-yə müsahibəsində deyib: “Nüvə və radioaktiv materialları yetərincə qorunmur. Orta hesabla, hər iki gündən bir biz nüvə materiallarının oğurlanması və ya qaçaqmalçılığı ilə bağlı məlumat alırıq”.
Amerikanın terrorçuluğa qarşı mübarizədə tanınan mütəxəssisi Con Brennan xəbərdarlıq edib ki, nüvə silahı əldə etmək üçün “əl-Qaidə” 15 ildən artıqdır cəhd göstərir: “Son 8-9 ildə onların bu istiqamətdə çeşidli materiallar almağa cəhd etdikləri haqda məlumatlar olub. “əl-Qaidə” bir neçə dəfə belə sövdələşmədə iştirak edib və onları dəfələrlə aldadıblar” .
Hazırda dünyada silah istehsalında istifadə oluna biləcək 1600 ton zənginləşdirilmiş uran var. Bundan başqa, 500 ton atom silahının əsas tərkibi sayılan plutonium mövcuddur. Bu qədər materialla isə 120 min nüvə başlığı hazırlamaq olar.
Sədrəddin Soltan

Oxşar yazılar
BMT zəlzələdən zərər çəkənlərə yardım etdi
8 fevral 2023 , 04:29
Polşaya HIMARS satışına razılıq verildi
8 fevral 2023 , 03:40
Zelenski üç regiona yeni administrasiya rəhbərləri təyin etdi
8 fevral 2023 , 03:152 gündə 435 zəlzələ
8 fevral 2023 , 01:57
Türkiyədə zəlzələdə 5 894 nəfər həyatını itirib, 34 810 nəfər xəsarət alıb -YENİLƏNİB
8 fevral 2023 , 01:30
Evində 800 siçovul saxlayan qadın həbs edildi
8 fevral 2023 , 01:10