Silahlı ərəblər, cana doymuş hataylılar, “baba” Ərdoğan
Türkiyədə suriyalı qaçqınların sığındığı Hatay şəhərinin sakinləri narahatdırlar. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, ələvi, sünni, xristian, yəhudi, türk, kürd, ərəblərin birgə yaşadığı, məscid, sinaqoq və kilsələrin yan-yana yüksəldiyi Hatayda qurulan 5 çadır şəhərciyində 12 minə yaxın suriyalı yaşayır.
Sərhədi qanunsuz keçənləri də əlavə etsək, bu rəqəm 20 min nəfərə çatır. Suriyalı qaçqınlar isə son günlər artıq yerli əhali ilə saymazyana davranmağa başlayıblar. Kafe və restoranlarda yeyib-içdikdən sonra pul ödəməyən, “hesabı babamız (baş nazir Rəcəb Tayyib Ərdoğan nəzərdə tutulur) ödəyəcək” deyən, qaçqın düşərgələri yerinə özlərinə şəhər mərkəzini məskən seçən, ev kirayə tutan, polisləri saymayan, bellərində silahla dolaşan suriyalı qaçqınlarla bağlı xəbərlər tez-tez Türkiyə mətbuatında yer alır.
Vəziyyəti araşdırmaq üçün “Habertürk” qəzetinin müxbirləri Hatayda olublar. Anadolu restoranının müdiri Kamal Doğruel suriyalı qaçqınların gəlişindən sonra bir çox xalqların qardaşcasına yaşadığı şəhərdə artıq narahatlıq olduğunu təsdiqləyib. O, bir çox restoranlarda yemək yedikdən sonra hesab ödəmək istəməyənlərin olduğunu təsdiqləyib və yaranmış vəziyyətdən həm şəhər sakinlərinin, həm də iş adamlarının narahat olduğunu bildirib. Kamal Doğruel təcili tibbi yardım maşınlarının da yerli xalqın imdadına çatmadığını söyləyib: “Bir dostumuzun qadın qohumu yolda gedərkən vəziyyəti pisləşib və yerə yıxılıb. Beyninə qan sızıbmış. Dostum dərhal təcili yardıma zəng açıb. Ancaq telefondakı şəxs deyib ki, əllərində təcili yardım maşınları yoxdur, hamısı suriyalı qaçqınlara ayrılıb. Qadın hazırda iflicdir. Belə iş olarmı? Əlbəttə, suriyalı yaralılara yardım edilsin, ancaq bizim insan ölsünmü? Həm də Hatay küçələrində gəzənlərin çoxu suriyalı müxaliflər deyil. Əlini-qolunu sallayan Hataya gəlir, kim olduqları məlum deyil. Baxırsan ki, belinə silah taxıb. İnsan bundan narahat olur”.
Kamal Doğruel Hatayda xalqlar arasında nifaq toxumu səpilməsindən ehtiyat etdiklərini vurğulayıb: “Dövlətimizin siyasətinin doğru, yaxud yanlış olduğunu demirik. Ancaq xarici işlər naziri Əhməd Davudoğlu Hataya gəlsin, vəziyyəti görsün. Təhlükəsiz şəraitdə olduğumuzu söyləsin, xalqlar arasında qarşıdurmaların olmayacağına zəmanət versin. Biz hataylılar dövlət adamlarının sözlərinə çox dəyər veririk”.
Hatayda dönər satan bufetin sahibi olan Ali Yıldız da suriyalı qaçqınların bufetə tez-tez gəldiklərini söyləyib: “Bir neçəsi pulu ödəmək istəmədi, qayda-qanunla aldıq. Yoxsa, bu iş yerinə xərac belə kəsərlər. Birindən yediyinin pulunu almasan, pul ödəməyənlərin ardı-arası kəsilməz. Kim də gəlir, dilənir. Həmkarlarımız arasında təhdid edilənlər də oldu. “Bəşər Əsəd də ələvidir, siz də ələvisiniz, hamınızı öldürəcəyik” dedilər. Dava-dalaş çıxdı. Biri də məndən haradan silah ala biləcəyini soruşdu. Hatayda bunlar baş verir”.
54 yaşlı ayaqqabı boyaqçısı Fatin Süzen jurnalistlərə yaxınlaşıb və qolundakı yaraları göstərib: “Qolum yaralandı, dövlət xəstəxanasına getdim. Mənə dedilər ki, indi sənə baxa bilmərik, suriyalı müxaliflər gəldi, onlarla maraqlanmaq məcburiyyətindəyik. Suriyalılarmı bu ölkənin vətəndaşlarıdır, yoxsa bizimi? Polis məndən şəxsiyyət vəsiqəsini tələb edir. Onlardan soruşa bilmir. İnanın ki, rahatlığımız qalmadı”.
Taksi sürücüsü Mustafa Demir illərlə Suriya və Hatay arasında avtobus sürücülüyü edib: “Hər gün dava-dalaş çıxır. Avtobusa minənlərdən bəziləri düşərkən mənə deyirlər ki, pulunu Ziraat Bankından al. Mənə elə gəlir ki, suriyalıların millət vəkili kimi toxunulmazlıqları var”.
Müxbirlər Hatayda suriyalıların sıx məskunlaşdığı avtomobil təmiri sexlərinin yerləşdiyi bölgədə iki liviyalı ilə də rastlaşıblar. 36 yaşlı Məhəmməd Birhani son 4 aydır ki, Türkiyədə olduqlarını nəzərə çatdırıb. Evli və 3 uşaq atası olan Məhəmməd Birhani deyib ki, suriyalılara yardım etmək üçün Hataya gəliblər: “Təşkilat çərçivəsində deyil, fərdi olaraq suriyalılara ərzaq, dərman yardımları edirik. İndiyə qədər Türkiyə Suriyaya yardım edib, qaçqınlara qapı açıb, dərman, ərzaq yardımı göstərib. Ancaq Suriyada yerli qüvvələrin dərmandan daha çox silaha, xüsusilə də hava hədəflərini vura biləcək silahlara ehtiyacları var. Çünki Bəşər Əsəd göydən ölüm yağdırır, müxaliflər isə buna qarşı müqavimət göstərə bilmirlər. Türkiyədən hava hədəflərini vurmağa qadir silahlar istəyirik”.
Digər liviyalı, 23 yaşlı Salah Salim pulu olan suriyalıların Hatayda rahat yaşadığını qeyd edib: “Pulu olanlar Hatayda ev tutur, kefləri yerindədir. Amma pulu olmayanlar rəzil gündədirlər”.

2731